Dövlət Departamenti: Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların tərəfdarıyıq
Rəsmi səhifə
Dövlət Departamenti
ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir.
Toplum Tv xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuata açıqlamasında bildirib.
“Tərəflərin danışıqları davam etdirməsi ilə bağlı xəbərləri alqışlayırıq. Katib Entoni Blinken keçən həftə açıq şəkildə bildirdi ki, sülh əldə edilə bilər. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz tərəfləri bu istiqamətdə, o cümlədən onlarla birbaşa əlaqə yaratmaqla dəstəkləməyə davam edəcəyik”, - Miller vurğulayıb.
Onun sözlərinə görə, ABŞ davamlı həllə nail olmaq üçün birbaşa danışıqların vacibliyinə inanır. "Biz istər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın hər hansı başqa yerində bu danışıqları dəstəkləyirik".
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Moskvada səfərdədirlər. Rusiya paytaxtında tərəflər arasında görüşlərin keçirilməsi gözlənilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb