Siyasət

Dövlət Departamenti Əliyev və Paşinyanın görüşü ərəfəsində bəyanat yayıb

Toplum TV
31 May, 2023
114

Rəsmi səhifə

Dövlət Departamenti

ABŞ Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Kişinyovda məhsuldar görüşü səbirsizliklə gözləyir.

Toplum Tv xəbər verir ki, bu barədə mayın 30-da ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. 

Millerin sözlərinə görə, ABŞ problemlərin zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla həll olunacağına ümid edir.

"Aqressiv ritorika yalnız keçmiş zorakılığın davamına gətirib çıxara bilər, həm ictimai, həm də özəl konstruktiv dialoq sülh, fürsətlər və ümid yarada bilər”, - deyə o qeyd edib və əlavə edib ki, Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır. 

https://toplum.tv/siyaset/peliyev-ve-pasinyan-kisinyovda-neleri-muumlzakire-edecek-sarl-miselden-accediliqlamap

Bundan əvvəl  Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Kişinyov görüşü ilə bağlı açıqlama vermişdi. 

"Maksimalist mövqelərdən çəkinmək və dialoqu hədəfləmək vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlar zəruridir", - deyə o açıqlamasında vurğulamışdı. 

Azərbaycan və Ermənistan liderlərinin görüşünün iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin (AST) Sammiti çərçivəsində keçirilməsi nəzərdə tutulub.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Avropa Məhkəməsi Qubad İbadoğlu ilə bağlı iddianı təmin etdi

Toplum TV
21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Hüquqları Məhkəməsi müxalif siyasətçi Qubad İbadoğlunun işi ilə bağlı vəkillərin şikayətinin bütün bəndlərini təmin edən qərar verib.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 21-i ADR sədrinin qardaşı Qalib Turan öz "feysbuk" səhifəsində açıqlayıb. Belə ki, məhkəmənin iş üzrə 39-cu Qaydasına uyğun olaraq Azərbaycan hökumətinə həbsdə olan İbadoğlununun xəstəxanaya köçürülməsi, müvafiq tibbi müayinələrinin aparılması və adekvat müalicəsinin təşkil olunması, həmçinin onun sağlamlıq durumu barədə mütəmadi olaraq Avropa Məhkəməsinin məlumatlandırılması vəzifəsi qoyulub. Qərarda 39-cu qaydada göstərilən tədbirlərə əməl edilməyəcəyi halda Konvensiyanın 34-cü maddəsinin pozulmasına səbəb olacağı bildirilib. Bundan başqa, növbətçi məhkəmə 20 sentyabr qərarı ilə Qubad İbadoğlunun müayinələrinin keçirilməsini...
Siyasət

Əliyev Putinə sülhməramlıların ölümünə görə başsağlığı verib

Toplum TV
21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 21-də Kremlin mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Azərbaycan dövlət başçısı Rusiya sülhməramlılarının ölümü ilə bağlı üzr istəyib və başsağlığı verib.   https://toplum.tv/siyaset/pqarabagdaki-gerginlik-neticesinde-200-den-ccedilox-ermeninin-oumllduumlyuuml-bildirilirp Tərəflər telefon söhbəti əsnasında Qarabağ məsələsini də müzakirə ediblər. Məlumata görə, Putin Əliyevlə söhbətində Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Tərəflər danışıqlar prosesini, o cümlədən Bakı ilə Yerevan arasında sülh müqaviləsinin hazırlanmasını aktivləşdirmək barədə razılığa gəliblər. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda ötən gün Rusiya sülhməramlılarını daşıyan avtomobil atəşə tutulub, bir neçə nəfər həlak olub. Maşına...

Seçilmiş Videolar

Toplum TV loqo