Siyasət

İran vətəndaşının Bakıda İsrail səfirliyində terror törətmək istədiyi bildirilir - YENİLƏNİB

17 Noyabr, 2023
117

Açıq mənbələrdən götürülüb

DTX

İsrail mediası yazır ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan şəxs İsrailin Bakıdakı səfirliyini partlatmaq istəyib.

"Ynet" nəşrinin yazdığına görə, səfirliyə girməyə cəhd edən əlisilahlı şəxs İran vətəndaşıdır.

***

10:53

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda diplomatik nümayəndəliyin binasında terror aktı törətməyə cəhd edən şəxsi tərksilah edildiyini açıqlayıb. 

Toplum TV xəbər verir ki, bu barədə noyabrın 17-də "Qafqazinfo" saytı məlumat yayıb. 

Bildirilir ki, Səbail Rayon Məhkəməsində DTX müstəntiqinin M.H.Hüseyinzadə barəsində verilmiş vəsatətinə baxılıb. Məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

https://toplum.tv/siyaset/pdtx-reisinden-atet-e-ccedilagiris-ermenistana-tezyiq-edinp

Məlumata görə, M.H.Hüseyinzadə barədə uzun müddət gizli müşahidələr aparılıb və o, bu ilin noyabr ayında xarici dövlətin diplomatik nümayəndəliyinin Bakıdakı inzibati binasına soxulmağa cəhd edərkən saxlanılıb. DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı onun silahlı olduğu bildirilib.  

M.H.Hüseyinzadənin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirildiyi bildirilir. 

Adıçəkilən şəxsin hansı diplomatik nümayəndəlikdə terror aktına cəhd etdiyi barədə məlumat verilməyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo