Əliyev Putinə sülhməramlıların ölümünə görə başsağlığı verib
Açıq mənbələrdən götürülüb
Əliyev - Putin
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 21-də Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Azərbaycan dövlət başçısı Rusiya sülhməramlılarının ölümü ilə bağlı üzr istəyib və başsağlığı verib.
Tərəflər telefon söhbəti əsnasında Qarabağ məsələsini də müzakirə ediblər. Məlumata görə, Putin Əliyevlə söhbətində Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Tərəflər danışıqlar prosesini, o cümlədən Bakı ilə Yerevan arasında sülh müqaviləsinin hazırlanmasını aktivləşdirmək barədə razılığa gəliblər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda ötən gün Rusiya sülhməramlılarını daşıyan avtomobil atəşə tutulub, bir neçə nəfər həlak olub. Maşına konkret kimin atəş açdığı açıqlanmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV