Sosial Media
Gədəbəydə aksiya
"Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik"
Toplum TV xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev iyunun 21-də Gədəbəydə baş verənlərlə bağlı sosial media hesabında yazıb.
Onun sözlərinə görə, Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib:
"2 aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb.
Ancaq bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar".
Elşad Hacıyev sosial şəbəkələrdə yayılan görüntülərin törədilən qanunsuz hərəkətləri əks etdirmədiyini iddia edib:
"Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək".
DİN sözçüsü həmçinin polis əməkdaşlarına qarşı da dəfələrlə hüquqazidd hərəkətlər edildiyini bildirib:
"Dəfələrlə olub ki, polis əməkdaşları Azərbaycan qadınına yaraşmayan hüquqazidd hərəkətlərə məruz qalsa da həmin qadınlara qarşı hər hansı xüsusi vasitə tətbiq edilməyib, yaxud cəza verilməsi ilə bağlı məsələ qaldırılmayıb".
https://toplum.tv/siyaset/pdin-den-gedebeydeki-etiraz-aksiyasi-barede-accediliqlamap
Xatırlatma
İyunun 20-də Gədəbəy rayonunun Söyüdli kəndinin sakinləri yerli əhalinin torpaq sahələrinin iri məmurlar tərəfindən zəbt edildiyi iddiası ilə etiraz aksiyası keçiriblər.
Kənd sakini Sürəyya Əliyeva "Amerikanın Səsi"nə deyib ki, qızıl mədəninin turşu tərkibli sularının örüş torpaqlarında qurulmuş gölməçəyə axıdılmasının ekologiyanı pozması, sakinlər arasında xəstəliklərin yaranmasına səbəb olması ilə bağlı rəsmi qurumlara dəfələrlə şikayətlər edilib, amma şikayətlərə baxılmayıb.
Etiraz aksiyasının dağıdılması zamanı 10-a yaxın yerli sakinin xəsarət aldığı, daha 6 nəfərin saxlanıldığı bildirilir.
Daxili İşlər Nazirliyi məsələnin araşdırıldığını açıqlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?