Açıq mənbələrdən götürülüb
ABŞ bayrağı
Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb.
Toplum Tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilir.
Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 28-dən ABŞ-da səfərdədir.
Səfər zamanı nümayəndə heyətinin "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılır. Səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər