TRT Haber
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Atatürk Hava Limanından Naxçıvana yola düşüb.
Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 25-də "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, səfər zamanı Ərdoğanı xarici işlər, müdafiə, enerji və ticarət nazirləri, Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi və digər yüksəkçinli dövlət rəsmiləri müşayiət edirlər.
https://toplum.tv/siyaset/pkreml-suumllhmeramlilarin-qarabagda-qalib-qalmayacagina-aydinliq-getiribp
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfərdə dövlət başçılarının İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasiminə qatılacaqları, həmçinin modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəkləri qeyd olunub.
Ərdoğanın Naxçıvana səfəri əsnasında Zəngəzur dəhlizinin açılması məsələsinin də müzakirə ediləcəyi vurğulanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV