Ərdoğan "Zəngəzur dəhlizi" barədə Ermənistana xəbərdarlıq edib
Açıq mənbələrdən götürülüb
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın "Zəngəzur dəhlizi"nin açılmasına icazə verməyəcəyi təqdirdə marşrutun İrandan keçə biləcəyini deyib.
Toplum TV “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ərdoğan təyyarə ilə Azərbaycan səfərindən qayıdarkən mətbuata açıqlamasında danışıb.
Prezident qeyd edib ki, Naxçıvan və Azərbaycanın digər bölgələri ilə dəmir yolu və avtomobil yolu ilə birbaşa əlaqənin yaradılması Azərbaycan-Türkiyə əlaqələrini daha da gücləndirəcək.
https://toplum.tv/siyaset/pqarabagi-terk-eden-ermenilerin-sayi-13-mini-keccedildip
“Bu güclü əlaqələrlə biz gələcəkdə bir çox məsələlərdə sürətlə irəliləyəcəyik. Ona görə də biz bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu dəhlizin həyata keçirilməsi strateji məsələdir və tamamlanmalıdır”, - Ərdoğan bildirib.
Türkiyə Prezidenti həmçinin "Zəngəzur dəhlizi" barədə Ermənistana xəbərdarlıq edib, deyib ki, Ermənistan buna imkan yaratmasa, başqa marşrut çəkiləcək.
“Əgər biz Zəngəzur və Laçın dəhlizlərində sülh yolu görmək istəyiriksə, o zaman bu məsələləri sakit və münaqişəsiz həll etməliyik. Türkiyədən Naxçıvana və Ermənistan vasitəsilə Azərbaycana gedəcək qatara gəlincə, onun Ermənistandan keçməsi məsələsinə baxmaq lazımdır. Ermənistan iştirak etməsə, marşrut necə gedəcək? İran vasitəsilə. İran üzərindən Azərbaycana marşrutun yaradılmasına İranın münasibəti müsbətdir" - “Anadolu” agentliyi Ərdoğandan sitat gətirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?