Ermənistan KİV: Vardanyan və Arutunyan arasındakı ixtilaf dərinləşir
Açıq mənbələrdən götürülüb
Vardanyan və Arutunyan
Ermənistanın “Hraparak” nəşri Qarabağ separatçılarının “dövlət naziri” Ruben Vardanyan ilə qondarma "respublikanın prezidenti” Arayik Arutunyan arasında yeni ziddiyyətlər barədə məlumat yayıb.
Toplum TV bildirir ki, “Hraparak” Vardanyanın və Arutunyanın Qarabağdakı erməni əhalisi ilə görüşlərinə diqqət çəkib.
https://toplum.tv/siyaset/pvardanyan-ermenistan-rehberliyinden-narazidirp
Bildirilir ki, Vardanyanın Martuni rayonunun bir sıra kəndlərinin sakinləri ilə görüşüb. Görüş zamanı, o, Laçın yolundakı blokadanın mart-aprel aylarına qədər davam edəcəyini bəyan edib. Vardanyan deyib ki, qar əriməyə başlayanda su və işıq problemi olmayacaq. Eyni zamanda o, Azərbaycanla yeni müharibənin mümkünlüyünü də istisna etməyib.
“Hraparak” yazır ki, eyni vaxtda, bazar günü Arayik Arutunyan Qarabağ sakinləri ilə qapalı görüş keçirib. Görüş zamanı o bildirib ki, Qarabağda indi Ermənistandan daha çox silah var, amma müharibədən qaçmaq və Azərbaycanla dialoq aparmaq zəruridir, əks halda müharibə Qarabağ üçün son olacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə