Siyasət

Ermənistan KTMT təlimlərini keçirməkdən imtina etdi

10 Yanvar, 2023
187

Rəsmi səhifə

Nikol Paşinyan

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməkdən imtina edib. 

Toplum TV xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib.

“Ermənistanın müdafiə naziri artıq KTMT-dəki həmkarlarına yazılı şəkildə məlumat verib ki, bu vəziyyətdə Ermənistanda KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu təlimlər ən azı bu il Ermənistanda keçirilməyəcək”, - deyə o bildirib. 

https://toplum.tv/siyaset/pnbspktmt-quotlaccedilin-dehlizi-problemi-mesuliyyet-zonamizdan-kenardadirquotp

Baş nazir deyib ki, 2021-ci ilin mayında "Azərbaycan Ermənistan ərazisinə təcavüz edəndə" Yerevan tərəfdaşlardan, xüsusən də Rusiyadan konkret addımlar gözləyib:

"Müraciətlərimizə verilən cavabda bildirildi ki, Ermənistanla Azərbaycan arasındakı sərhəddə delimitasiya aparılmayıb. Sual yarandı ki, o qırmızı xətt haradan keçir? Əlaqələrin bundan sonrakı inkişafı üçün qırmızı xəttin harada keçdiyini və məsuliyyət sahəsinin harada olduğunu biz bilməliyik”.

Bundan əvvəl KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” təlimlərinin Ermənistan Respublikası ərazisində keçirilməsi planlaşdırılırdı. 

Paşinyan ötən ilin noyabr ayında KTMT-nin Yerevanda keçirilən sammitinin yekunu üzrə bəyannaməni imzalamaqdan imtina etmişdi. 

Baş nazir bunu sənəddə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı “təcavüz”ünün siyasi qiymətləndirilməsinin olmaması ilə izah etmişdi.

"Bu çox üzücü haldır ki, Ermənistanın KTMT-yə üzv olması Azərbaycanı aqressiv hərəkətlərdən çəkindirməyib və üstəlik faktiki olaraq, biz bu günə kimi Azərbaycanın Ermənistana qarşı təcavüzünə KTMT-nin necə reaksiya verəcəyi ilə bağlı bir qərara gələ bilməmişik. Bu faktlar həm ölkə daxilində, həm də xaricdə KTMT-nin imicinə böyük zərbə vurur və mən bunu Ermənistanın KTMT-də sədrliyinin əsas uğursuzluğu kimi qiymətləndirirəm. Müttəfiqlərimiz - Qırğızıstan və Tacikistan arasında sərhəddə eskalasiya faktları barədə də eyni sözləri deyə bilərəm", - deyə Paşinyan sammitdəki çıxışı zamanı bildirmişdi.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo