Açıq mənbələrdən götürülüb
Nikol Paşinyan
Ermənistan müxalifətinin liderləri oktyabrın 5-ni hazırkı Baş nazir Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmalı olduğu gün elan ediblər.
Topkum Tv TASS-a istinadən xəbər verir ki, bu barədə etiraz hərəkatının liderlərindən biri Andranik Tevanyan açıqlama verib.
“Biz bütün qüvvələri birləşdirməliyik ki, oktyabrın 5-nə qədər, İlham Əliyevlə görüşünə qədər Paşinyan istefaya göndərilsin. Onun Ermənistan üçün hansı qanlı sənədləri yenidən imzalamağa hazır olduğunu heç kim bilmir. Biz buna imkan verməməliyik”, - Tevanyan açıqlamasında bildirib.
Qeyd edək ki, oktyabrın 5-də Qranadada Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin görüşü planlaşdırılır.
Bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan Qranadada iki ölkə arasında sülh sazişinin imzalanmasını istisna etməmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV