Açıq mənbələrdən götürülüb
Armen Qriqoryan
“Ermənistanda hökumətin necə olacağına Rusiya qərar vermir”
Toplum Tv xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 20-də ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.
Qarabağda baş verənlər barədə danışarkən Qriqoryan deyib ki, Azərbaycanın başlatdığı anti-terror əməliyyatı "təkcə Dağlıq Qarabağa deyil, həm də Ermənistana qarşı hücumdur, çünki məlum səbəblərdən Dağlıq Qarabağda baş verənlərin Ermənistana da təsiri var”.
Baş katib bölgədə baş verənlərlə bağlı Rusiyanın mövqeyinə də münasibət bildirib.
Onun sözlərinə görə, Ermənistan resurslarını yenidən qiymətləndirmək üçün Rusiya regionu tərk edirmi sualına cavab verməlidir. Bu kontekstdə o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Rusiyanın regionu tərk etmək niyyətində olmadığına dair sözlərini şübhə altına alıb:
“Əməllər niyyətləri sözlərdən daha aydın ifadə edir. Bu vəziyyətdə biz əməl görürük. Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlayıb, etnik təmizləmə və soyqırım təhlükəsi var, əgər Rusiya regionda qalmaq istəyirsə, bunun qarşısını almaq üçün müəyyən addımlar atmalıdır. Əgər bu baş verməsə, addımlar atılmayacaqsa, o zaman Rusiya regiondan çıxmaq istəyirmi sualına təsdiqləyici cavab vermək olar”.
Rusiyanın yalnız Ermənistanın indiki hökuməti istefaya gedərsə nəsə edəcəyi ilə bağlı suala cavab verən Qriqoryan qeyd edib ki, Ermənistanda hökumətin necə olacağına Rusiya qərar vermir.
“Biz hakimiyyətə gələndə Rusiya ilə birlikdə Suriyaya getdik, bütün beynəlxalq qurumlarda Rusiyaya səs verdik, KTMT-dən çıxmadıq, Avrasiya İttifaqından çıxmadıq, nəticədə nə gördük – Dağlıq Qarabağda müharibə başladı, sonra Ermənistana qarşı təcavüz oldu. Əgər müdafiə etmək istəyi varsa, edirlər, yox əgər istəmirlərsə, min bəhanə tapa bilərlər”, - deyə Qriqoryan fikirlərinə yekun vurub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?