Ermənistandan təklif: “Silahlı qüvvələr sərhəddən çəkilsin, hərbisizləşdirilmiş zona yaradılsın”
Mirzoyan Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətin fəal iştirakının, BMT məhkəməsinin qərarının icrası yönündə Azərbaycana təsir göstərməsinin vacibliyini qeyd edir.
Bu haqda AzadlıqRadiosunun erməni xidməti Azatutyun yazır.
“Ermənistan vəziyyətin dəyərləndirilməsi üçün Dağlıq Qarabağ və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiya göndərmək çağırışı edib. Sirr deyil ki, belə bir missiyayla bağlı təklifi Azərbaycan dəfələrlə rədd edib, bu isə Azərbaycan rəhbərliyinin beynəlxalq ictimaiyyət qarşısında şəffaf və hesabatlı olmaq istəmədiyini aydın göstərir”, – Mirzoyan deyib.
Mirzoyan sülh sazişi haqda suala cavabında vurğulayıb ki, ötən ilin dekabrından tərəflər saziş layihəsi üzərində təkliflər mübadiləsi aparıb və əsas məsələlər üzrə ədalətli qərarların tapılması üçün irəli getməyə cəhd ediblər: “Ermənistan tərəfinin təkliflərindən biri dövlət sərhədlərinin delimitasiyasının kriteriyalarını dəqiqləşdirməkdir”.
Nazir daha bir təklifdən, “silahlı qüvvələrin dövlət sərhədindən çəkilməsindən, sərhəd boyunca hərbsizləşdirilmiş zona yaratmaqdan” danışıb. Onun sözlərinə görə, bununla da etimad və təhlükəsizlik mexanizmi gücləndirilə, bu da öz növbəsində istənilən eskalasiyanın qarşısını ala bilər.
“Ən vacib məsələ isə Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə məşğul olacaq beynəlxalq mexanizmin olmasıdır”,- Mirzoyan əlavə edib.
Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də Azərbaycanın üzərinə Laçın dəhlizində azad hərəkəti təmin etmək öhdəliyi qoyub. Bu dəhliz Azərbaycanın Qarabağ regionunu Ermənistanla birləşdirir.
Ötən il dekabrın 12-dən azərbaycanlı ekofəallar burda etiraz aksiyası keçirirlər.
Ermənistan həmin vaxtdan yolun blokadada olduğunu iddia edir, rəsmi Bakı bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb