Siyasət

Ermənistanla sərhəddə və Qarabağda atəşkəs pozulub

30 May, 2023
106

Rəsmi səhifə

Müdafiə Nazirliyi

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub.

Toplum TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, Ermənistan bölmələri Azərbaycanın Tovuz, Kəlbəcər və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

https://toplum.tv/siyaset/pqarabag-seperatccedililari-eliyeve-cavab-verdip

Həmçinin Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulduğu xəbər verilib. 

"Qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", - deyə Müdafiə Nazirliyindən bildirilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginlik nəticəsində 200-dən çox erməninin öldüyü bildirilir

Toplum TV
21 Sentyabr 2023

TASS

Qarabağdakı hərbi əməliyyatlar zamanı erməni tərəfdən azı 200 nəfər ölüb, 400-dən çox yaralı var.  Toplum Tv xəbər verir ki, bu barədə özünü qondarma rejimin ombudsmanı kimi təqdim edən Qeqam Stepanyan mətbuata açıqlamasında deyib.  O, eskalasiya zamanı 10 mülki şəxsin də öldüyünü iddia edib.  Rusiya Müdafiə Nazirliyi isə sentyabrın 20-də xəbər yayıb ki, sülhməramlılar bölgədən 3154 mülki şəxsi təxliyyə ediblər. Onların istirahət yerləri və isti yeməklərlə təmin olunduqları bildirilir. https://toplum.tv/siyaset/pmakron-eliyevden-qarabagin-ermeni-sakinleri-uumlccediluumln-zemanet-isteyibp Müdafiə Nazirliyi həmçinin xəbər verib ki, sentyabrın 20-də Rusiya sülhməramlı kontingentinin Canyataq kəndi ərazisindəki müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rus hərbçiləri həlak olub....
Siyasət

Şarl Mişel İlham Əliyevə zəng edib

Toplum TV
21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel regiondakı vəziyyət barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Toplum TV bildirir ki, bu haqda sentyabrın 21-i Prezidentin mətbuat xidmət məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı Şarl Mişel regionda baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. O, antiterror tədbirlərinin dayandırılmasını və Yevlaxda keçiriləcək görüşü müsbət hal kimi qiymətləndirərək atəşkəs rejiminin təmin olunacağına ümid etdiyini bildirib. https://toplum.tv/siyaset/pqarabagin-ermeni-sakinlerinin-nuumlmayendeleriyle-yevlaxda-goumlruumls-baslayibp Prezident İlham Əliyev cavabında, Ermənistan silahlı qüvvələrinin Qarabağda  törətdikləri terror aktları nəticəsində polis əməkdaşlarının və mülki şəxslərin həlak olduğunu qeyd edərək Azərbaycanın buna cavab olaraq lokal xarakterli antiterror tədbirləri görməli olduğunu vurğulayıb. Dövlət başçısı Yevlax görüşündə...

Seçilmiş Videolar

Toplum TV loqo