Siyasət

Əvəz Zeynallı Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürülür

31 Yanvar, 2023
69

Açıq mənbələrdən götürülüb

Əvəz Zeynallı

Həbsdə olan jurnalist Əvəz Zeynallı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülür. 

Toplum TV xəbər verir ki, bu barədə Zeynallının həyat yoldaşı Məlahət Qisuri məlumat verib. 

"Turan"-a açıqlama verən Qisuri həmçinin bildirib ki, sabah ona həyat yoldaşı ilə görüşə icazə veriləcəyi də deyilib. 

https://toplum.tv/siyaset/pheyat-yoldasi-evez-zeynalli-tecili-emeliyyat-olunmalidirp

Bu qərarlar Qisuri Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirməsindən sonra verilib. 

Aksiyada o, Zeynallanın istintaq təcridxanasından telefonla danışmasına və qohumları ilə görüşünə qoyulan qadağanın ləğvini, evlərində axtarış zamanı götürülən ofis avadanlığının, habelə ailənin övladlarının təhsili üçün nəzərdə tutulan pulların geri qaytarılmasını tələb edib. Bundan əlavə, Qisuri jurnalistin katarakta əməliyyatı olması üçün şəraitin yaradılmasını tələb edib. 

Aksiyadan sonra onu İstintaq İdarəsinə, rəis müavini Qasım Məmmədov ilə qəbula dəvət ediblər.

Sabah Qisuri öz kompüterini, diktofonunu və mobil telefonunu ala biləcək. Amma pul vəsaitinin qaytarılması məsələsi həllini tapmayıb.

“Bu pul Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Əvəzu Zeynallıya təyin edilmiş kompensasiyadır. Amma prokurorluqda deyirlər ki, siz pulu apreldə aldınız və sentyabra qədər xərcləməliydiniz. Arqument yumşaq desək, tutarlı deyil. Biz ailə büdcəsini özümüz idarə edirik və uşaqlarımızın təhsil haqqını ödəmək üçün pul saxlamışıq”, - Qisuri deyib.

Göz əməliyyatına gəlincə, prokurorluqdan bildiriblər ki, bu məsələ qurumun səlahiyyətində deyil. Bununla bağlı Qisuri Penitensiar Xidmətə müraciət etmək niyyətindədir. Həmçinin Zeynallının ev dustaqlığına keçirilməsi barədə vəsatət verilib.

"Xural TV" saytının təsisçisi Əvəz Zeynallı sentyabrın 10-da rüşvət almaqda ittiham edilərək saxlanılıb. Sentyabrın 11-də o, məhkəmənin qərarı ilə həbs edilib.

Sonradan jurnalistə qarşı CM-in 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddəsi ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da onun həbs müddəti daha 3 ay uzadılıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo