Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Açıq mənbələrdən götürülüb
Nikol Paşinyan - İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Toplum TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu “Financial Times” nəşri “öz mənbələrinə” istinadən məlumat yayıb.
Prosesdən yaxşı xəbərdar olduqları deyilən üç məmur iclasa Avropa Şurasının prezidenti Şarl Mişelin sədrlik edəcəyini bildirib.
Mənbələr "Financial Times"-a həmçinin bildiriblər ki, iyunun 1-də Paşinyan, Mişel və Əliyevin, həmçinin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsun iştirakı ilə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində daha bir görüş hazırlanır.
"Danışıqlar, çox güman, Azərbaycanın Ermənistandan Qarabağa aparan yeganə yol olan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı son qərarı üzərində olacaq. Onlar həmçinin sərhədlərin demarkasiyası, əsirlərin mübadiləsi və minaların təmizlənməsi işlərinə diqqət yetirəcəklər", - deyə “Financial Times” qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür