Sosial Media
Gədəbəydə etiraz
Gədəbəy Rayon Məhkəməsi Söyüdlü kəndində süni gölün tikintisinə etiraz edən 5 nəfər barəsində qərar çıxarıb.
Toplum TV xəbər verir ki, məhkəmə onları İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilib.
Saxlanılanların hər biri barəsində inzibati qaydada 20 sutka həbs qərarı verilib.
https://toplum.tv/multimedia/pgedebeydeki-etirazlarla-bagli-icra-basccedilisi-danisdip
Xatırlatma
İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin sakinləri torpaq sahələrinin iri məmurlar tərəfindən zəbt edildiyini və bölgədə zəhərli süni gölün yaradıldığını iddia edərək etiraz aksiyası keçiriblər.
Kənd sakini Sürəyya Əliyeva "Amerikanın Səsi"nə deyib ki, qızıl mədəninin turşu tərkibli sularının örüş torpaqlarında qurulmuş gölməçəyə axıdılmasının ekologiyanı pozması, sakinlər arasında xəstəliklərin yaranmasına səbəb olması ilə bağlı rəsmi qurumlara dəfələrlə şikayətlər edilib, amma şikayətlərə baxılmayıb.
Etiraz aksiyasının dağıdılması zamanı 10-a yaxın yerli sakinin xəsarət aldığı bildirilir.
Baş nazir Əli Əsədovun Sərəncamı ilə bölgədə tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Həmçinin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşüb, ikinci süni gölün yaradılmayacağını bəyan edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?