Siyasət

Gürcü hökumətində narazılıq: Prezidentin səlahiyyətlərini aşdığı bildirilir

3 Mart, 2023
304

Açıq mənbələrdən götürülüb

Salome Zurabişvili

"Gürcüstan Prezidenti Salome Zurabişvili bütün konstitusion funksiyalarını, rollarını və səlahiyyətlərini aşır - onun bəyanatları ölkənin təhlükəsizliyinə zərərlidir". 

Toplum TV "Novosti-Georgia"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin birinci vitse-spikeri Gia Volski bildirib.

Zurabişvilinin və ya onun nümayəndəsinin hökumət başçısının sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasına dəvət edilməməsi suallar doğurub. 

Bunun səbəbləri ilə bağlı jurnalistin sualına Volski belə cavab verib: 

“Konstitusiyaya əsasən, Salome Zurabişvilinin müəyyən rolu və funksiyası var. Amma o, bütün bu funksiyaların, rolların, konstitusiya səlahiyyətlərinin həddini aşıb və nəsə tamam başqa mərhələyə keçib... Bu, Gürcüstanın təhlükəsizliyi və nüfuzu üçün zərərlidir”.

https://toplum.tv/siyaset/gurcustan-prezidenti-ilham-eliyevin-seferi-barede-ona-melumat-verilmemesinden-sikayetlenib

Xatırlatma

Ötən ay Zurabişvili həbsdə olan sabiq dövlət başçısı Mixail Saakaşvilidən siyasətdən getməyi xahiş etmişdi. 

Zurabişvilinin sözlərinə görə, gürcü xalqı keçmiş prezidentlə bağlı vəziyyətin girovuna çevrilib. O, hesab edir ki, Saakaşvili Gürcüstanın reputasiyasına xələl gətirir və tərəfdaşlarla, o cümlədən Kiyevlə münasibətlərin normal inkişafına mane olur.

“Ölkə təkcə bu məsələnin əlində girov qalıb. Halbuki bu gün bizim üçün vacib olan digər heç bir məsələ ictimai müstəvidə bu şəkildə müzakirə olunmur”.

O, həmçinin qeyd edib ki, Saakaşvilinin açıqlamalarını və törətdiyi hansısa əməldən peşman olmadığını nəzərə alsaq, onun azadlığa çıxdıqdan sonra təkcə hökumətin deyil, ölkənin reputasiyası və deməli, Avropa şansları üçün də düşmənə çevriləcəyi gözləniləndir. 

Zurabişvili bildirib ki, Saakaşvili ətrafındakı vəziyyətlə bağlı yaranmış xaosa görə məsuliyyət eyni dərəcədə həm hökumətin, həm də müxalifətin üzərinə düşür, prezidentin əfv fərmanı isə vəziyyəti düzəldə bilməyəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo