Siyasət

Hesablama Palatası Naxçıvanda yoxlamalar aparacaq

17 Yanvar, 2023
348

Açıq mənbələrdən götürülüb

Naxçıvan

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasında yoxlamalar aparması planlaşdırılır.

Toplum TV xəbər verir ki, bu barədə qurumun sədri Vüqar Gülməmmədov deyib.

APA-ya açıqlama verən rəsmi qeyd edib ki, qarşıdakı günlərdə bununla bağlı işlər görüləcək.

https://toplum.tv/siyaset/pvasif-talibovun-qizi-bank-rehberliyinden-kenarlasdirildip

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sabiq sədri Vasif Talıbov ötən ilin noyabr ayında vəzifəsindən istefa verib. Bir müddət sonra onun qardaşı Məhərrəm Talıbov Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini itirib. Həmçinin Vasif Talıbovun digər ailə üzvləri də vəzifələrindən azad olunublar. 

Vasif Talıbov vəzifəsindən azad ediləndən sonra Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Prezident İlham Əliyevin sərəncamıyla Fuad Nəcəfli xüsusi nümayəndə kimi Naxçıvana göndərilib. Vasif Talıbov vəzifədən gedəndən sonra Naxçıvanda vaxtaşırı həbslər, vəzifədən azad olunmalar və yoxlamalar baş verir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Azərbaycan və Ermənistan XİN rəsmiləri Berlində görüşüb

28 Fevral 2024

Rəsmi səhifə

Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşü keçirilib. Toplum TV xəbər verir ki, bu barədə fevralın 28-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti “X” sosial şəbəkə hesabında məlumat yayıb. “Sülh sazişi layihəsini müzakirə etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş  Berlində Federal Xarici İşlər Nazirliyinin Villa Borsiq evində başlayıb”, - məlumatda qeyd olunub. https://toplum.tv/siyaset/pilham-eliyev-makron-ve-borreli-tenqid-edibp Görüş barədə əlavə təfərrüat verilməyib.  Qeyd edək ki, fevralın 17-də Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şolz, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol...
Siyasət

Putin Azərbaycanla müttəfiqlik əlaqələrinin əhəmiyyətindən danışıb

28 Fevral 2024

Rəsmi səhifə

"Rusiya-Azərbaycan əməkdaşlığı xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verir".  Toplum TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin 12-ci Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına ünvanladığı təbrik məktubunda deyib. “Regional əməkdaşlıq Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqliyin mühüm tərkib hissəsidir, bu, xalqlarımız arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə böyük töhfə verir, hər iki ölkə vətəndaşlarının rifahı üçün qarşılıqlı faydalı ticarət, investisiya və humanitar əlaqələrin təşviqi imkanlarını genişləndirir, əməkdaşlığın yaxşılaşdırılmasına şərait yaradır”, - mesajda deyilir. https://toplum.tv/siyaset/pazerbaycan-avropa-surasindan-tamamile-ccedilixa-biler-prezidentp Putinin sözlərinə görə, müntəzəm görüşlər hökumət orqanları, ictimaiyyət, biznes və elmi dairələr arasında ikitərəfli qarşılıqlı fəaliyyətin aktual məsələləri üzrə birbaşa dialoqu təmin edir.  Prezident,...

Seçilmiş Videolar

Toplum TV loqo