Siyasət

Hikmət Hacıyev: Ağdam yolunun açılması göstərdi ki, blokada deyilən bir şey yox idi

Toplum TV
18 Sentyabr, 2023
110

Açıq mənbələrdən götürülüb

Humanitar yardım

Bu gün səhər saat 7-də Beynəlxalq Qızıl Xaç Komitəsinin yük maşınlarının Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçidi təmin edilib.

Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 18-də Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsində bildirib.

“Ağdam-Əsgəran-Xankəndi yolu açıq və funksionaldır və belə də olmalıdır! Bu, Azərbaycanın prinsipial, ədalətli, legitim və dəyişməz mövqeyidir!", - Hacıyev bildirib. 

https://toplum.tv/siyaset/pbaki-vasinqtonu-tenqid-etdi-ldquodagliq-qarabagin-ermeni-xalqirdquo-ifadesi-houmlrmetsizlikdirp

Rəsminin sözlərinə görə, bununla bütün beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, blokada deyilən bir şey yox idi. 

O bildirib ki,  Ermənistan və qeyri-qanuni marionet rejimi, lobbi qrupları və bəzi qərbli korrupsioner siyasətçilər və qərəzli KİV sadəcə xalqı yanıltmaq, manipulyasiya etmək və çaşdırmaq məqsədi ilə humanitar məsələləri siyasiləşdiriblər.

“Maskalar düşür, reallıq qalır”! Azərbaycanda boz zonalara yer yoxdur!” – deyə Hacıyev açıqlamasında vurğulayb.

Bu gün həmçinin məlum olub ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ağdam yolu ilə apardığı humanitar yardım Xankəndiyə çatıb. Yüklərin artıq paylanıldığı bildirilir. 

Xatırladaq ki, sentyabrın 17-də Qarabağın erməni əsilli sakinlərinə humanitar yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılığın əldə olunduğu barədə məlumat yayılıb.

Bundan sonra BQXK-nın Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılacağı qeyd olunmuşdu. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo