Siyasət

Hikmət Hacıyev və Armen Qriqoryan arasında görüş olub

30 May, 2023
179

Açıq mənbələrdən götürülüb

Hikmət Hacıyev və Armen Qriqoryan arasında görüş

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Slovakiyanın paytaxtı Bratislava şəhərində görüş baş tutub. 

Toplum TV xəbər verir ki, görüş " GLOBSEC 2023 Bratislava Forumu" çərçivəsində təşkil olunub. 

Hikmət Hacıyev görüşdəki çıxışı zamanı qeyd edib ki, ərazi bütövlüyünə hörmət prinsipi Azərbaycan üçün çox vacibdir. O həmçinin tərəflər arasında baş tutmuş görüşlərə diqqət çəkərək əlavə edib ki, sülh danışıqlarının harada aparılması deyil, daha çox danışıqların mövzusu əhəmiyyət kəsb edir.

https://toplum.tv/siyaset/peliyev-ve-pasinyan-kisinyovda-neleri-muumlzakire-edecek-sarl-miselden-accediliqlamap

Sərhədlərin delimitasiyası məsələsinə gəldikdə Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyev 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürülməsini dəstəkləyir.

“Biz regionda sülh təşəbbüslərini öz əlimizə almalıyıq. Biz Azərbaycan-Gürcüstan-Ermənistan formatını təklif etmişik. Regiondakı nəqliyyat xətlərinin açılması məsələsinə gəldikdə isə, Ermənistan ərazisindən keçən Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün hər hansı qüvvələri dəvət etmək Ermənistanın öz işidir. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sənəddə bu barədə maddə yer alıb”, - APA Hacıyevdən sitat gətirib. 

Öz növbəsində Armen Qriqoryan xüsusilə Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinin beynəlxalq mexanizmi, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi prosesləri, regional kommunikasiyaların blokunun açılması ilə bağlı məsələlərə toxunub.

Qriqoryan danışıqlar prosesində Azərbaycanın konstruktiv mövqeyinin zəruriliyini vurğulayaraq, maksimalist istəklərdən çəkinməyə çağırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginlik nəticəsində 200-dən çox erməninin öldüyü bildirilir

Toplum TV
21 Sentyabr 2023

TASS

Qarabağdakı hərbi əməliyyatlar zamanı erməni tərəfdən azı 200 nəfər ölüb, 400-dən çox yaralı var.  Toplum Tv xəbər verir ki, bu barədə özünü qondarma rejimin ombudsmanı kimi təqdim edən Qeqam Stepanyan mətbuata açıqlamasında deyib.  O, eskalasiya zamanı 10 mülki şəxsin də öldüyünü iddia edib.  Rusiya Müdafiə Nazirliyi isə sentyabrın 20-də xəbər yayıb ki, sülhməramlılar bölgədən 3154 mülki şəxsi təxliyyə ediblər. Onların istirahət yerləri və isti yeməklərlə təmin olunduqları bildirilir. https://toplum.tv/siyaset/pmakron-eliyevden-qarabagin-ermeni-sakinleri-uumlccediluumln-zemanet-isteyibp Müdafiə Nazirliyi həmçinin xəbər verib ki, sentyabrın 20-də Rusiya sülhməramlı kontingentinin Canyataq kəndi ərazisindəki müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rus hərbçiləri həlak olub....
Siyasət

Şarl Mişel İlham Əliyevə zəng edib

Toplum TV
21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel regiondakı vəziyyət barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Toplum TV bildirir ki, bu haqda sentyabrın 21-i Prezidentin mətbuat xidmət məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı Şarl Mişel regionda baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. O, antiterror tədbirlərinin dayandırılmasını və Yevlaxda keçiriləcək görüşü müsbət hal kimi qiymətləndirərək atəşkəs rejiminin təmin olunacağına ümid etdiyini bildirib. https://toplum.tv/siyaset/pqarabagin-ermeni-sakinlerinin-nuumlmayendeleriyle-yevlaxda-goumlruumls-baslayibp Prezident İlham Əliyev cavabında, Ermənistan silahlı qüvvələrinin Qarabağda  törətdikləri terror aktları nəticəsində polis əməkdaşlarının və mülki şəxslərin həlak olduğunu qeyd edərək Azərbaycanın buna cavab olaraq lokal xarakterli antiterror tədbirləri görməli olduğunu vurğulayıb. Dövlət başçısı Yevlax görüşündə...

Seçilmiş Videolar

Toplum TV loqo