Amerikanın səsi
Afiəddin Məmmədov
İctimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun polis tərəfindən saxlanıldığı bildirilir.
Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 20-də ictimai fəal Əhməd Məmmədli sosial mediada məlumat yayıb.
https://toplum.tv/siyaset/pictimai-feal-acliq-aksiyasina-baslayibp
"Afiəddin Məmmədov evinin yaxınlığında polis tərəfindən saxlanılıb. Səbəb kimi də onun yaşadığı binadan çıxarkən bir şəxsi bıçaqlaması göstərilib.
Plan elə qurulub ki, Afiəddin binadan çıxarkən bir nəfər ona yaxınlaşaraq özünə bıçaqla xəsarət yetirib və bıçağı Afiəddinin üstünə atıb və polis dərhal Afiəddini saxlayıb", - Əhməd Məmmədli açıqlamasında bildirib.
Bundan əvvəl A. Məmmədov avqustun 1-də kuryerlərin aksiyasından sonra 30 sutka müddətinə həbs olunmuşdu. O, xırda xuliqanlıqda və qanuni tələblərə qəsdən tabe olmamaqda təqsirli bilinmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV