Siyasət

İlham Əliyev: Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırması üçün ciddi imkanlar mövcuddur

25 May, 2023
73

President.az

Moskva görüşü

Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması əsasında münasibətlərin normallaşdırılması üçün ciddi imkanlar mövcuddur.

Toplum Tv xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurası  iclasındakı çıxışı zamanı bildirib.

https://toplum.tv/siyaset/psoyqu-qerb-qarabagdaki-veziyyete-muumldaxile-etmeye-ccedilalisirp

Prezident Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə ticari münasibətlərinə də toxunub. 

Onun sözlərinə görə, 2022-ci ildə Aİİ ölkələri ilə ticarət dövriyyəsi 31% artaraq 4,7 milyard dollar təşkil edib.

"Bu ilin əvvəlindən (yanvar-aprel) dövriyyə daha 38% artıb. 2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsində Aİİ ölkələrinin payı təxminən 9 faiz təşkil edib. Biz ticarətin gələcək inkişafı üçün böyük potensial görürük", - deyə o qeyd edib. 

İlham Əliyev həmçinin bildirib ki, Azərbaycan Xəzərdə ən böyük ticarət donanmasına - 50-dən çox gəmiyə malikdir və yaxın gələcəkdə Ələt dəniz limanı modernləşdiriləcək, yüklərin daşınmasının həcmi isə 25 milyon tona çatdırılacaq.

"Azərbaycan ərazisindən yükdaşımalarda müşahidə olunan böyük artımı nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda müasir tipli gəmiqayırma zavodu var ki, o, istənilən növ gəmiləri tikməyə qadirdir. Həmçinin Xəzər dənizindəki qonşularımızla onlar üçün gəmilərin inşası üçün sifarişlərin verilməsi üçün fəal iş aparılır və danışıqlar aparılır", - Əliyev çıxışında qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo