Siyasət

İlham Əliyev: Biz Türkiyədəki bərpa işlərinə də qoşulmağa hazırıq 

8 Fevral, 2023
106

President.az

İlham Əliyev səfirlikdə

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Toplum TV xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı xəbər verib. 

Bildirilib ki, Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb, ardınca da səfir Cahit Bağçı ilə söhbət edib. 

"Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə", - Əliyev söhbət zamanı deyib və əlavə edib ki, Azərbaycan xalqı da könüllü olaraq "qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir".

https://toplum.tv/siyaset/pazerbaycanin-tuumlrkiyeye-goumlnderdiyi-yardima-neler-daxildirp

Prezident Türkiyənin bu acı sınaqdan da şərəflə çıxacağına əmin olduğunu bildirib:

"Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Əlbəttə ki, burada əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq".

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da zəlzələnin episentri olan Kahramanmaraşda azərbaycanlı xilasedicilərin olduğu ərazidə olub. 

Ərdoğan xilasedicilərə təşəkkür edib, həmçinin Azərbaycan Prezidenti və xalqına dəstək üçün minnətdarlığını bildirib. 

Xatırlatma

Fevralın 6-da Türkiyədə 7,7 və 7,6 şkalasında baş verən zəlzələ 10 vilayətdə hiss olunub. Rəsmi statistikaya əsasən, ölü sayı 8500-ü, yaralı sayı isə 40 mini ötüb. 

Bildirilir ki, hələ minlərlə insan dağıntıların altındadır. Kəskin soyuq, infrastrukturun dağılması nəticəsində ölü sayının artacağı ehtimal edilir. 

Zəlzələ ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğan 10 vilayətdə fövqəladə vəziyyət elan edib və onun 3 ay ərzində qüvvədə olacağını açıqlayıb. 

Prezident onu da bildirib ki, ölkəsi regionun və dünyanın ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzədir:


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo