Rəsmi səhifə
İlham Əliyev
Deputat Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı Prezident İlham Əliyev hüquq-mühafizə orqanlarına göstəriş verib.
Toplum Tv xəbər verir ki, bu barədə martın 29-da Prezidentin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə həmçinin bildirilir ki, İlham Əliyevin tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov martın 28-də Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.
"Millət vəkilinə dövlətimizin başçısının və birinci xanımın şəfa diləklərini çatdıran Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Diqqətə çatdırılıb ki, xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib", - deyə məlumatda qeyd olunub.
Xatırlatma
Fazil Mustafa ötən gün, martın 28-də Zabrat qəsəbəsində, evinin qarşısında silahlı hücuma məruz qalıb. Ona “Kalaşnikov” avtomatından çoxsaylı atəş açılıb. Çiyin nayihəsindən və ayağından güllə yarası alan deputat təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Hazırda onun səhhətinin stabil olduğu bildirilir.
DTX deputata qarşı silahlı hücumun terror aktı olduğunu bəyan edib. Hadisə barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.
"Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir", - deyə DTX-nın məlumatında bildirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür