İlham Əliyev: Fransa regionumuzda yeni müharibənin başlaması üçün zəmin hazırlayır
President.az
İlham Əliyev
"Fransa regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir".
Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 21-də “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib.
İlham Əliyev müraciətini Fransanın beynəlxalq və regional miqyasdakı siyasətinin tənqidi üzərində qurub. Onun sözlərinə görə, Fransa Cənubi Qafqaz regionunda yeni müharibənin başlaması üçün zəmin hazırlayır:
“Fransa Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur".
https://toplum.tv/siyaset/pilham-eliyev-fransani-beseri-cinayetlerde-ittiham-edibp
Prezident müraciətində həmçinin "Fransanı müstəmləkəçilik siyasəsinə görə" üzr istəməyə çağırıb.
Noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda konfrans işə başlayıb.
Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.
Konfransda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, rəsmi şəxslər, xarici qonaqlar və ekspertlər iştirak edirlər.
Son dövrlərdə Bakıda əsasən Fransa siyasətinin ələyhinə beynəlxalq tədbirlərin keçirilməsi vüsət alıb. Ötən ay Bakıda "Fransa müstəmləkəçiliyinə qarşı" Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçirilib. O cümlədən Milli Məclisdə "Korsikaya dəstək məqsədilə" yeni qrup yaradılıb.
Fransa isə öz növbəsində Ermənistanla 23-də hərbi əməkdaşlıq haqqında saziş imzalayıb. Saziş çərçivəsində Paris Yerevana hərbi texnika tədarük edəcək, həmçinin Ermənistana ordu islahatlarının aparılmasına kömək göstərəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV