İlham Əliyev: Gürcüstanla birgə etdiyimiz təklifi Ermənistan rədd edib
President.az
İlham Əliyev Davosda
"3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar".
Toplum TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasındakı çıxışında deyib.
Prezident Ermənistanın forumda iştirak etməməsinə diqqət çəkib:
"Əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğunu bilirəm".
https://toplum.tv/siyaset/parutyunyan-azerbaycan-terefi-ile-goumlruumlsde-netice-elde-olunmayibp
Əliyev çıxışında həmçinin Yerevanın Azərbaycan və Gürcüstanın təklifini rədd etdiyini də vurğulayıb:
"Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Mən dostum İrakli Qaribaşvilinin səylərini yüksək qiymətləndirirəm, o, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edib və gürcüstanlı həmkarları da görüşdə iştirak edib. Bizim təklifimiz liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar".
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə çıxışında növbəti dəfə Tbilisinin Azərbaycan ilə Ermənistan danışıqlarda vasitəçi olmağa hazır olduğunu bəyan edib:
"Azərbaycan ilə Ermənistan arasında münasibətlərə gəldikdə, Gürcüstan həqiqətən də neytral, qərəzsiz və obyektiv vasitəçidir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, üçtərəfli görüşün təşkil olunması bizim də marağımızdadır. Çünki bu region bizə - Azərbaycana, Gürcüstana və Ermənistana məxsusdur. Biz həqiqətən də bu regionu sülh, tərəqqi və sabitlik regionuna çevirə bilərik".
Bu il Ermənistan Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etməyib. Baş nazir Nikol Paşinyan forumda axırıncı dəfə 2019-cu ildə iştirak edib. 2022-ci ildə isə Ermənistanı prezident təmsil edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Ermənistan KİV: Vardanyan və Arutunyan arasındakı ixtilaf dərinləşir
Açıq mənbələrdən götürülüb