İlham Əliyev zəlzələyə görə Türkiyəyə göndərilən yardımın həcmini açıqlayıb
President.az
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan Türkiyəyə humanitar yardım etmək üçün səfərbər olunub.
Toplum TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
Əliyevin sözlərinə, Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib:
“Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilər və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib”.
Prezident onu da qeyd edib ki, bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülüb. Bununla yanaşı, 5300 ton humanitar yardım çatdırılıb.
"Türkiyə şirkətləri azad olunmuş ərazilərdə yenidənqurma prosesində fəal iştirak edirlər"
Əliyev çıxışında həmçinin qeyd edib ki, Qarabağdakı yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər.
Onun sözlərinə görə, bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur.
"Ermənistan hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb"
İlham Əliyev tədbirdəki çıxışı zamanı Ermənistanla münasibətlərə də toxunub.
Onun sözlərinə görə, 2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq çıxarmayıb.
“Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır, - deyə Prezident vurğulayıb.
Xatırlatma
Bu gün Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü işə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etmək üçün Almaniyadakı işgüzar səfərindən sonra birbaşa Türkiyəyə yollanıb.
Əvvəlcə zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Amma Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra İlham Əliyev dəstək məqsədilə tədbirin Ankarada keçirilməsini təklif edib. Digər ölkə başçıları təklifə razılıq veriblər.
Ankaradakı zirvə görüşü “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə