Siyasət

İlham Əliyevdən sərəncam: 801 məhkum əfv edilib

8 May, 2023
523

Açıq mənbələrdən götürülüb

Həbsxana

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin sabiq prezident Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.

Toplum TV xəbər verir ki, sərəncam nəticəsində 801 məhkum əfv olunub, 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib. 

https://toplum.tv/siyaset/pldquoqurtulus-93rdquo-sirketinin-sedrine-cinayet-isi-accedililibp

Əfv edilənlər arasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, keçmiş MTN-in Sabiq əməkdaşları Azər Mehdiyev və Zaur Məmmədov da var. 

Əfvə düşənlərin siyahısı ilə link vasitəsilə tanış ola bilərsiniz: https://president.az/az/articles/view/59654
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Avropa Məhkəməsi Qubad İbadoğlu ilə bağlı iddianı təmin etdi

Toplum TV
21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Avropa İnsan Hüquqları Məhkəməsi müxalif siyasətçi Qubad İbadoğlunun işi ilə bağlı vəkillərin şikayətinin bütün bəndlərini təmin edən qərar verib.  Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 21-i ADR sədrinin qardaşı Qalib Turan öz "feysbuk" səhifəsində açıqlayıb. Belə ki, məhkəmənin iş üzrə 39-cu Qaydasına uyğun olaraq Azərbaycan hökumətinə həbsdə olan İbadoğlununun xəstəxanaya köçürülməsi, müvafiq tibbi müayinələrinin aparılması və adekvat müalicəsinin təşkil olunması, həmçinin onun sağlamlıq durumu barədə mütəmadi olaraq Avropa Məhkəməsinin məlumatlandırılması vəzifəsi qoyulub. Qərarda 39-cu qaydada göstərilən tədbirlərə əməl edilməyəcəyi halda Konvensiyanın 34-cü maddəsinin pozulmasına səbəb olacağı bildirilib. Bundan başqa, növbətçi məhkəmə 20 sentyabr qərarı ilə Qubad İbadoğlunun müayinələrinin keçirilməsini...
Siyasət

Əliyev Putinə sülhməramlıların ölümünə görə başsağlığı verib

Toplum TV
21 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 21-də Kremlin mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Azərbaycan dövlət başçısı Rusiya sülhməramlılarının ölümü ilə bağlı üzr istəyib və başsağlığı verib.   https://toplum.tv/siyaset/pqarabagdaki-gerginlik-neticesinde-200-den-ccedilox-ermeninin-oumllduumlyuuml-bildirilirp Tərəflər telefon söhbəti əsnasında Qarabağ məsələsini də müzakirə ediblər. Məlumata görə, Putin Əliyevlə söhbətində Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Tərəflər danışıqlar prosesini, o cümlədən Bakı ilə Yerevan arasında sülh müqaviləsinin hazırlanmasını aktivləşdirmək barədə razılığa gəliblər. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağda ötən gün Rusiya sülhməramlılarını daşıyan avtomobil atəşə tutulub, bir neçə nəfər həlak olub. Maşına...

Seçilmiş Videolar

Toplum TV loqo