Siyasət

İran Azərbaycandan izahat tələb edir

Toplum TV
31 Mart, 2023
198

Rəsmi səhifə

Nasser Kənani

Tehran İsrailin Azərbaycan ərazisindən İrana hücum hazırladığını bildirir və Bakıdan izahat tələb edir. 

Toplum TV "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə martın 31-də İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kənani gündəlik brifinq zamanı  danışıb. 

Kənani açıqlamasında deyib ki, İran "sionist rejimin Azərbaycan Respublikası ərazisindən İrana qarşı sui-qəsd hazırlamasına biganə qala bilməz" və o, Azərbaycan hökumətindən İsraillə əldə olunan razılaşmalarla bağlı izahat tələb edib.

XİN sözçüsü xüsusilə İsrailin xarici işlər naziri Eli Koenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında işlətdiyi "Azərbaycan və İsrail İranın təhdidini bölüşür" ifadəsinə aydınlıq gətirilməsini tələb edib. 

"Bu, sionist rejimin Azərbaycan Respublikası ərazisini İran İslam Respublikasının milli təhlükəsizliyi üçün hədəfə çevirmək kimi mənfur niyyətinin növbəti sübutudur", -  Kənani açıqlamasında vurğulayıb. 

İran rəsmisi həmçinin qeyd edib ki, İsrail xarici işlər nazirinin vahid anti-İran cəbhəsinin yaradılması ilə bağlı bəyanatı, Ceyhun Bayramovun açıqlamalarının məzmunu, “strateji yeni mərhələ” ilə bağlı ortaq bəyanat, Azərbaycan Respublikası ilə İsrail arasında tərəfdaşlıq sazişi, həmçinin iki ölkə arasındakı əməkdaşlıqla bağlı razılaşma "üstüörtülü şəkildə anti-İran yönümlüdür". 

Kənani bütün bunlarla bağlı Azərbaycan hakimiyyətindən izahat tələb etdiklərini bəyan edib. 

https://toplum.tv/siyaset/pazerbaycan-muumldafie-nazirliyi-irani-terrorizmi-destekleyen-oumllke-adlandiribp

Xatırlatma

Xarici işlər naziri Ceyhun Bayramov martı 29-da Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı bu ölkəyə rəsmi səfər edib. Səfər çərçivəsində o, İsrail Prezidenti, Baş naziri və xarici işlər naziri ilə görüşlər keçirib. 

Azərbaycanın bu ölkədəki səfiri vəzifəsini Muxtar Məmmədov icra edəcək. Azərbaycanın İsrail Tel-Əviv şəhərində səfirliyinin təsis edilməsi ilə bağlı sərəncamı Prezident İlham Əliyev ötən il noyabrın 26-da imzalayıb.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo