Siyasət

İran Laçın dəhlizindəki vəziyyətə münasibət bildirdi

20 Dekabr, 2022
775

Rəsmi səhifə

Nasser Kənani

İran Yerevan və Bakı arasında dialoq yolu ilə Laçın dəhlizi məsələsinin tezliklə həllinə ümid edir.

Toplum Tv xəbər verir ki, bunu dekabrın 20-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani IRNA agentliyinə açıqlamasında deyib.

“İran həmişə Ermənistan və Azərbaycan arasında mübahisələrin sülh yolu ilə həllini vurğulayır. 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyannaməsinin şərtlərinin tam yerinə yetirilməsi iki ölkə arasındakı fikir ayrılıqlarına son qoya bilər”,  - deyə XİN sözçüsü əlavə edib. 

https://toplum.tv/siyaset/pnbspktmt-quotlaccedilin-dehlizi-problemi-mesuliyyet-zonamizdan-kenardadirquotp

Kanani həmçini söyləyib ki, regionda "sülh və sabitliyin bərqərar olması üçün üçün lüzumsuz gərginlik aradan qaldırılmalıdır". 

Bu gün, dekabrın 20-də məlum olub ki, Laçın dəhlizi ilə bağlı vəziyyət BMT-nin Təhlükəsizlik Şurasında müzakirə ediləcək. Qərarın Ermənistanın xahişi ilə verildiyi bildirilir. Ermənistan hakimiyyəti və Qarabağ seperatçıları Azərbaycan fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri aksiyadan şikayətçidirlər. Onlar Azərbaycan tərəfinin Laçın dəhlizini bağladığını və Qarabağın erməni əhalisini humanitar böhrana sürüklədiyini iddia edirlər. Azərbaycan tərəfi isə bu iddiaları rədd edir, Qarabağ ermənilərinə humanitar yardım etməyə hazır olduğunu vurğulayır.

Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dekabrın 12-dən bəri davam edir. 

Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo