Açıq mənbələrdən götürülüb
İlham Əliyev və İbrahim Rəisi
Bu gün yanvarın 28-də İran Prezidenti İbrahim Rəisi İlham Əliyevə zəng edib.
Topum TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı İbrahim Rəisi Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı İlham Əliyevə və mərhumun ailəsinə başsağlığını ifadə edib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.
Öz növbəsində İlham Əliyev səfirliyə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.
Məlumatda həmçinin qeyd olunub ki, Əliyev səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib.
İlham Əliyev terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini də deyib.
O, sonda diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
Xatırlatma
Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-si səhər saat 8.30 radələrində baş verib.
Silahlı şəxs mühafizə postunu yararaq səfirliyə daxil olub. O, səfirliyin mühafizə xidmətinin rəhbərini qətlə yetirib, daha iki nəfəri isə yaralayıb.
Hadisə barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyə edilən hücumun şəxsi zəmində baş verməsi barədə iddiaların əsassız olduğunu və hücumla bağlı bütün məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü bildirib.
Prezident İlham Əliyev səfirliyə edilən hücumu terror adlandırıb və bunu qəbuledilməz adlandırıb. "Terrorçuların cəzalandırılmasını tələb edirik", - deyə o, açıqlamasında vurğulayıb.
ABŞ, Böyük Britaniya, İsrail, Ukrayna, Rusiya, Türkiyə və digər ölkələr Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə