Siyasət

İranın müdafiə naziri: Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq

Toplum TV
13 Sentyabr, 2023
235

Tasnim

Məhəmməd Rza Aştiani

İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani Azərbaycanla Ermənistan arasında gərginliyin artması fonunda Cənubi Qafqazda müharibənin başlanması ehtimalını istisna edib.

Toplum Tv "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə o, sentyabrın 13-də keçirdiyi brifinqdə bildirib.

“Biz regionda müharibənin başlamayacağına inanırıq”, - Rza Aştiani deyib və əlavə edib ki, Tehran Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyir, həm Ermənistan, həm Azərbaycanla əlaqə saxlayır.

https://toplum.tv/siyaset/pmoskvadan-bakiya-demars-bunu-qebuledilmez-hesab-edirikp

Eyni zamanda o, İranın heç bir sərhəd dəyişikliyinə razılıq verməyəcəyini vurğulayıb. Onun fikrincə, indiki proseslər “konkret heç bir hadisənin baş verməyəcəyini” göstərir.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani bildirmişdi ki, Azərbaycan hökuməti rəsmi Tehrana müharibəyə hazırlaşmadığını, qoşunlarının son yerləşdirməsini “dağlarda hərəkətin çətinləşə biləcəyi qış dövrünə rutin hazırlıq” olduğunu deyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo