Açıq mənbələrdən götürülüb
Azərbaycan səfirliyinə hücum
İranın xarici işlər naziri Əmir Abdullahiyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
Toplum TV xəbər verir ki, bu barədə yanvarın 27-də Azərbaycan Xarici İşlər nazirliyi məlumat yayıb.
Bildirilir ki, Bayramov Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyib və terror aktını törədən şəxsin dərhal məsuliyyətə cəlb olunmasını, cinayətin təşkilində iştirak edən digər iştirakçıların aşkar edilərək cəzalandırılmasını tələb edib.
"İranın xarici işlər naziri mərhumun ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı verib. O qeyd edib ki, İranın müvafiq qurumları hadisəyə dərhal cavab verib və araşdırma aparılır.
İranlı nazirin sözlərinə görə, Azərbaycan səfirliyinin və əməkdaşlarının təhlükəsizliyi ən yüksək səviyyəyə qaldırılıb.
Saxlanılan şəxs isə ən yüksək cəzaya məruz qalacaq. Bundan başqa, səfirliyin ərazisinə cavabdeh olan polis orqanının fəaliyyəti də araşdırılır”, - deyə məlumatda qeyd olunub.
"Turan" xəbər verir ki, İran Xarici İşlər Nazirliyi də telefon danışığı ilə bağlı məlumat yayıb. Bildirilir ki, danışıqlar zamanı Abdullahiyan bu insidentin ikitərəfli münasibətlərə mənfi təsir göstərməsinə imkan verməməyə çağırıb.
Abdullahiyan iki ölkənin təhlükəsizlik orqanlarına insidentlə bağlı “bir-biri ilə sıx əməkdaşlıq şəraitində” birgə araşdırma aparmağı təklif edib.
Xəbərdə həmçinin bildirilir ki, Bayramov birgə araşdırma təklifini alqışlayıb.
Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-si səhər saat 8.30 radələrində baş verib.
Silahlı şəxs mühafizə postunu yararaq səfirliyə daxil olub. O, səfirliyin mühafizə xidmətinin rəhbərini qətlə yetirib, daha iki nəfəri isə yaralayıb.
Hadisə barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyə edilən hücumun şəxsi zəmində baş verməsi barədə iddiaların əsassız olduğunu və hücumla bağlı bütün məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü bildirib.
Prezident İlham Əliyev səfirliyə edilən hücumu terror adlandırıb və bunu qəbuledilməz adlandırıb. "Terrorçuların cəzalandırılmasını tələb edirik", - deyə o, açıqlamasında vurğulayıb.
ABŞ, Böyük Britaniya, İsrail, Ukrayna, Rusiya, Türkiyə və digər ölkələr Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə