Siyasət

İsxaq Hersoq: Azərbaycan və İsrail strateji əlaqələri bütün regiona təsir edir

30 May, 2023
152

President.az

İsxaq Hersoqun Azərbaycan səfəri

İsxaq Hersoqun bu gün, mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü baş tutub. 

Görüş zamanı o, Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib: 

"Azərbaycan və İsrail arasındakı əlaqələr müsəlmanlarla yəhudilərin sülh içində birgəyaşayışına, açıq dialoq apara biləcəyinə, birlikdə gözəl işlər görə biləcəyinə və dünyanı daha yaxşı edə biləcəklərinə dair mesaj verir".

https://toplum.tv/multimedia/pbakida-israil-sefirliyi-oumlnuumlnde-aksiyap

Hersoq Azərbaycan və İsrailin strateji əlaqələrinin sülh, firavanlıq və inkişaf istiqamətində bütün regiona təsir etdiyini vurğulayıb.

“Sizi İsraildə qonaq etməyi səbirsizliklə gözləyirəm”, - deyə İsrailin dövlət başçısı İlham Əliyevi ölkəsinə səfərə dəvət edib. 

Azərbaycan Prezidenti isə öz növbəsində qeyd edib ki, bu səfər iki ölkə arasında dostluq münasibətlərinin inkişafına stimul verəcək.

***

10:54

İsrail Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

Toplum TV xəbər verir ki, İsxaq Hersoqu və xanımı Mixal Hersoqu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

İsxaqın Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü gözlənilir.

Ötən ay İsrailin xarici işlər naziri Eli Kohenin Azərbaycana səfəri baş tutmuşdu. 

Martın 28-də isə Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasimi olub. Azərbaycanın bu ölkədəki səfiri vəzifəsini Muxtar Məmmədov icra edir. 

Azərbaycanın İsrail Tel-Əviv şəhərində səfirliyinin təsis edilməsi ilə bağlı sərəncamı Prezident İlham Əliyev ötən il noyabrın 26-da imzalayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Tehran: Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında razılaşmadan məmnunuq

Toplum TV
21 Sentyabr 2023

Rəsmi səhifə

Regionda münaqişələrin davam etdirilməsi üçün heç bir səbəb yoxdur  Toplum Tv xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kanaani sentyabrın 21-də gündəlik brifinq zamanı deyib.  https://toplum.tv/siyaset/pmakron-eliyevden-qarabagin-ermeni-sakinleri-uumlccediluumln-zemanet-isteyibp İran XİN Azərbaycan hökuməti ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında razılaşmadan məmnunluğunu bildirib. "Ümid edirik ki, bundan sonra bölgədə heç bir müharibənin şahidi olmayacağıq. İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmətin tərəfdarıdır". - Nasser Kanaani açıqlamasında qeyd edib.  Onun sözlərinə görə, İran daimi və davamlı sülh prosesində region ölkələrinə yardım etməyə hazırdır. "Üçüncü tərəflərin regional məsələlərə cəlb edilməsi yalnız problemləri çətinləşdirir və əldə edilmiş...
Siyasət

Qarabağdakı gərginlik nəticəsində 200-dən çox erməninin öldüyü bildirilir

Toplum TV
21 Sentyabr 2023

TASS

Qarabağdakı hərbi əməliyyatlar zamanı erməni tərəfdən azı 200 nəfər ölüb, 400-dən çox yaralı var.  Toplum Tv xəbər verir ki, bu barədə özünü qondarma rejimin ombudsmanı kimi təqdim edən Qeqam Stepanyan mətbuata açıqlamasında deyib.  O, eskalasiya zamanı 10 mülki şəxsin də öldüyünü iddia edib.  Rusiya Müdafiə Nazirliyi isə sentyabrın 20-də xəbər yayıb ki, sülhməramlılar bölgədən 3154 mülki şəxsi təxliyyə ediblər. Onların istirahət yerləri və isti yeməklərlə təmin olunduqları bildirilir. https://toplum.tv/siyaset/pmakron-eliyevden-qarabagin-ermeni-sakinleri-uumlccediluumln-zemanet-isteyibp Müdafiə Nazirliyi həmçinin xəbər verib ki, sentyabrın 20-də Rusiya sülhməramlı kontingentinin Canyataq kəndi ərazisindəki müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rus hərbçiləri həlak olub....

Seçilmiş Videolar

Toplum TV loqo