Siyasət

Kəlbəcərdə atəşkəs yenə pozulub

7 Sentyabr, 2023
105

Rəsmi səhifə

Müdafiə Nazirliyi

Sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Toplum Tv xəbər verir ki verir ki, bu barədə sentyabrın 7-də Müdafiə Nazirliyi məlumat yayıb.

https://toplum.tv/siyaset/pprezident-herbi-xidmete-yararliligin-yoxlanilmasiyla-bagli-ferman-verdip

Bildirilir ki, qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Həmçinin Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 7-si saat 07:50 radələrində Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin dərhal dayandırıldığı bildirilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Xankəndiyə hücuma keçməsi barədə iddiaları təkzib edir

Toplum TV
21 Sentyabr 2023

Rəsmi səhifə

"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır". Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. "Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - Nazirlikdən bildirilib. https://toplum.tv/siyaset/pqarabagdaki-gerginlik-neticesinde-200-den-ccedilox-ermeninin-oumllduumlyuuml-bildirilirp Qeyd edək ki, erməni KİV Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Xankəndi istiqamətində hücuma keçməsi və atəşkəs rejimini pozması barədə məlumatlar yayıb.  Bildirilir ki, şəhərin mərkəzində də atışma səsləri eşidilib.   Son gərginlik fonunda erməni əhalinin bir hissəsinin Qarabağı tərk edərək Ermənistana yollandığı barədə məlumatlar yayılıb. 
Siyasət

Tehran: Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında razılaşmadan məmnunuq

Toplum TV
21 Sentyabr 2023

Rəsmi səhifə

Regionda münaqişələrin davam etdirilməsi üçün heç bir səbəb yoxdur  Toplum Tv xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kanaani sentyabrın 21-də gündəlik brifinq zamanı deyib.  https://toplum.tv/siyaset/pmakron-eliyevden-qarabagin-ermeni-sakinleri-uumlccediluumln-zemanet-isteyibp İran XİN Azərbaycan hökuməti ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında razılaşmadan məmnunluğunu bildirib. "Ümid edirik ki, bundan sonra bölgədə heç bir müharibənin şahidi olmayacağıq. İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmətin tərəfdarıdır". - Nasser Kanaani açıqlamasında qeyd edib.  Onun sözlərinə görə, İran daimi və davamlı sülh prosesində region ölkələrinə yardım etməyə hazırdır. "Üçüncü tərəflərin regional məsələlərə cəlb edilməsi yalnız problemləri çətinləşdirir və əldə edilmiş...

Seçilmiş Videolar

Toplum TV loqo