President.az
Kişineu görüşü
İyunun 1-də Moldovanın paytaxtı Kişineu şəhərində qeyri-rəsmi görüşdə nəticə çıxmayıb.
Toplum TV xəbər verir ki, toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron iştirak edib.
Danışıqlarla bağlı açıqlama verən Şarl Mişel bildirib ki, görüşdə sülh müqaviləsi və sərhədlərin delimitasiyası kimi məsələlər müzakirə olunub.
Onun sözlərinə görə, Kişineu toplantısı iyulun 21-də Brüsseldə baş tutacaq növbəti görüşə hazırlıq xarakteri daşıyıb.
"Oxşar beştərəfli görüş Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti sammitində də baş tutacaq", - deyə o vurğulayıb.
Öz növbəsində Nikol Paşinyan da bildirib ki, Kişineu danışıqlarını faydalı hesab edir.
“Bu gün bir ilkin təfərrüat var, mən niyə “ilkin” deyirəm, çünki mənim bu bəyanatıma Azərbaycanın reaksiyasını hələ yoxlamamışıq. Görünən odur ki, tərəflər 1975-ci il xəritələrinin Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası ilə bağlı gələcək işlərin əsası kimi götürülməsinə etiraz etmədiklərini vurğulayıblar. Bu, 29,8 min kvadratkilometr ərazinin [Ermənistanın] və 86,6 min kvadrat kilometr ərazinin [Azərbaycanın] bütövlüyünün təsdiqi istiqamətində növbəti addım deməkdir”, - Moldovanın erməni icması ilə görüşdə Paşinyan deyib.
Həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də görüşlə bağlı açıqlama yayıb.
“Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin köməyi, eləcə də Almaniya və Fransanın iştirakı ilə keçirilən üçtərəfli görüş qeyri-rəsmi, müsbət və səmərəli şəraitdə baş tutub. Üçtərəfli görüşün növbəti mərhələsinin iyul ayında Brüsseldə keçirilməsi qərara alınıb”, - deyə Hacıyev "Tvitter" hesabında məlumat verib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Report.az
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır