Açıq mənbələrdən götürülüb
Xankəndi
Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası nəticəsində Qarabağda işini itirən erməni sakinlərin sayı 5 min nəfərə çatıb.
Toplum TV xəbər verir ki, bu barədə fevralın 1-də Azadlıq Radiosunun erməni redaksiyası "Azatutyun" məlumat yayıb.
Xəbərdə bildirilir ki, Qarabağda vəziyyət hər keçən gün daha da ağırlaşır, elektrik enerjisinin və qazın vaxtaşırı kəsilməsi, saatlarla növbələr və mağaza rəflərinin boşaldılması adi hala çevrilib.
Qondarma "Dağlıq Qarabağ Respublikası Operativ Qərargahının" dünən, yanvarın 31-də iclası keçirilib. Çıxış edənlər bildiriblər ki, benzin və dizel yanacağı qıtlığı var. Buna görə də iclasda ciddi qənaət rejiminə riayət olunmasının vacibliyi vurğulanıb.
"Azatutyun" yazır ki, bölgədə əsas ərzaq növləri talonla satılır, dərmanlar çatışmır. Gün ərzində elektrik enerjisi 6 saatlıq kəsilir. Qazın verilişi bərpa olunsa da, enerji sistemi yükləndiyindən təkcə Xankəndi sakinləri mavi yanacaqdan yararlana bililərlər. Məlumata görə, yanvarın 30-da məktəblərdə tədris prosesi bərpa olunub, amma bağçalar hələ də qapalıdır.
https://toplum.tv/siyaset/permenistan-kiv-vardanyan-ve-arutunyan-arasindaki-ixtilaf-derinlesirp
Xatırlatma
Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dekabrın 12-də başlayıb.
Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər.
Rəsmi Bakı yolun bağlanması ilə bağlı iddiaları rədd edir. Bildirilir ki, yolun hər iki istiqaməti avtomobillərin hərəkəti üçün açıqdır. Həmçinin Bakı bölgə ermənilərinə humanitar yardım etməyə hazır olduğunu bəyan edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə