Siyasət

KİV: Türkiyə-Naxçıvan sərhədi açılıb

1 Fevral, 2023
442

Açıq mənbələrdən götürülüb

Türkiyə sərhədi

Türkiyə-Naxçıvan sərhədindəki “Dilucu” buraxılış məntəqəsi açılıb.

Toplum TV xəbər verir ki, bu barədə fevralın 1-də APA məlumat yayıb. 

Qeyd olunub ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğu faktı təsdiqləyib.

Konsulluğun nümayəndəsi Dursun Gülün sözlərinə görə, Naxçıvan qeydiyyatında olan şəxslər ayda 2 dəfə olmaqla öz avtomobilləri ilə gömrüyü keçə bilərlər.

https://toplum.tv/multimedia/hokumetin-demir-serhed-siyaseti-quru-serhedler-niye-acilmir

Xatırlatma

Azərbaycan 2020-ci ilin martında Covid-19 virusu yayılarkən pandemiyanın qarşısının alınması məqsədilə ölkə sərhədlərini gediş-gəliş üçün bağlamışdı. 

Pandemiya davam edən zaman Azərbaycan hökuməti Naxçıvan üzərindən sərhədin açılmasına qərar vermiş, lakin bir müddət sonra sərhəd yenidən bağlanmışdı. 

Hazırda Türkiyə istisna olmaqla, Azərbaycanın digər qonşu ölkələrlə quru sərhədləri bağlıdır.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Azərbaycan Avropa Şurasından tamamilə çıxa bilər - Prezident

28 Fevral 2024

Prezident.az

"Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”. Toplum TV xəbər verir ki, bu barədə fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib: “Əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayrıca xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə...
Siyasət

İlham Əliyev Makron və Borreli tənqid edib

28 Fevral 2024

Rəsmi səhifə

"Azərbaycan sülh prosesinə sadiqdir". Toplum TV xəbər verir ki, bu barədə fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məhz Azərbaycan sülh danışıqları təşəbbüsü ilə çıxış edib, həllin 5 əsas prinsipdən ibarət sülh müqaviləsi mətninin layihəsini təqdim edib.  "Biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!”, - Prezident açıqlamasında qeyd edib. Prezindent həmçini vurğulayıb ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub, bu müddət ərzində beynəlxalq birlik Ermənistan tərəfi barədə heç bir ciddi tədbir görməyib: "İndi biz suverenliyimizi...

Seçilmiş Videolar

Toplum TV loqo