Fevralın 24-də Rusiyanın Ukraynaya hücumunun bir ili tamam olur. Avropa İttifaqının rəhbərliyi bu tarixə qədər Rusiyaya qarşı onuncu sanksiya paketinin təsdiqlənməsini təmin etməyə çalışır.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen fevralın 2-də Kiyevə səfər edib. Onunla birlikdə Avropa İttifaqının xarici işlər naziri Josep Borrell və Avropa Komissiyasının əksər üzvləri ilə Ukraynaya gediblər.
Aİ liderləri Ukrayna prezidenti Vladimir Zelenskiylə görüşüblər. "Radio Svoboda"nın xəbərinə görə, Ursula fon der Lyayen fevralın 24-nə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulunu təmin etməyə çalışdıqlarını bildirib.
Bu paketdə nələr olduğu hələ məlum deyil. Litva və Polşa istəyir ki, Rusiyanın nüvə sektoruna qarşı sanksiya tətbiq olunsun, almaz ticarətinə məhdudiyyətlər qoyulsun. Daha əvvəl bəzi ölkələr bu cür tədbirlərin sanksiyalar paketinə daxil edilməsinə mane olublar.
Yeni paketə sanksiyalardan yayınma cəhdlərinə nəzarətin gücləndirilməsi, Belarusa qarşı sanksiyaların genişləndirilməsi və bir qrup rusiyalı fiziki və hüquqi şəxsin “qara siyahıya” daxil edilməsi kimi tədbirlər də ola bilər.
Dünən Avropa Komissiyası və Ukrayna hökumətinin birgə iclası da keçirilib. Bu tədbirdə Lyayen deyib ki, gələcəkdə Ukraynanın Aİ-yə üzv olacağına əmindir. Keçən il Ukrayna Avropa İttifaqına üzvlüyə rəsmi namizəd statusu alıb, amma rəsmi danışıqlar hələ başlamayıb.
Fon der Lyayen həmçinin qeyd edib ki, Aİ-nin yaxın gələcəkdə Rusiyanın neft məhsullarına qiymət tavanı müəyyənləşdirəcək - bu, Aİ və G7 qrupunun birgə təşəbbüsdür.
Bu gün Kiyevdə Ukrayna-Avropa İttifaqı sammiti də keçiriləcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə