Kreml: Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür
Kreml.ru
Kreml
"Qarabağda istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər".
Toplum TV TASS-a istinadən xəbər verir ki, bunu sentyabrın 26-da Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
Peskov bu barədə ABŞ Dövlət Departamentinin Qarabağ bölgəsində beynəlxalq müşahidə missiyası yaratmaq təklifinə cavabında danışıb.
“Biz burada konkretlik görmürük, istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz Yerevan və Bakı ilə, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”, - mətbuat katibi açıqlamasında qeyd edib.
https://toplum.tv/siyaset/pabs-dagliq-qarabag-uumlzre-beynelxalq-missiya-yaratmaq-niyyetindedirp
Dövlət Departamentinin sözçüsü Metyu Miller ötən gün açıqlamasında bildirmişdi ki, ABŞ Dağlıq Qarabağ üzrə beynəlxalq missiya yaratmaq niyyətindədir.
Həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer də sentyabrın 25-i Yerevana rəsmi səfəri zamanı Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini qiymətləndirmək üçün Dağlıq Qarabağda beynəlxalq missiyanın zəruri olduğunu demişdi.
“Biz Azərbaycanı atəşkəs rejiminə riayət etməyə və Dağlıq Qarabağda mülki şəxslərin hüquqlarını qorumaq üçün konkret addımlar atmağa çağırırıq. Prezident Əliyev etnik ermənilərin hüquqlarına zəmanət verib, Azərbaycan bu vədi yerinə yetirməlidir”, - Pauer mətbuat konfransında bildirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?