Kreml Qarabağdakı əməliyyatlar barədə: Azərbaycan öz ərazisində hərəkət edib
Kreml.ru
Kreml
"Ermənistan tərəfi Qarabağı Azərbaycan ərazisinin ayrılmaz hissəsi kimi tanıyıb. Bu, bir sıra müddəaları əhəmiyyətli dərəcədə dəyişdi".
Toplum Tv xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
O, Yerevanın Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərməməsi ilə bağlı ittihamlarına cavab verərkən deyib ki, Ermənistan tərəfinin Qarabağı Azərbaycan ərazisinin ayrılmaz hissəsi kimi tanımasından sonra Moskva özünə qarşı belə etirazları qəbul etmir.
Peskov Azərbaycanın hərbi əməliyyatlarına da münasibət bildirib, onun sözlərinə görə, burada söhbət Azərbaycan Respublikasının de-yure öz ərazisindəki hərəkətlərindən gedir.
"Kreml Putinlə Paşinyan arasında telefon danışığının vaxtının razılaşdırılmasını gözləyir" - sözçü bildirib və əlavə edib ki, lazım gələrsə, Rusiya Prezidenti İlham Əliyevlə danışacaq, lakin hələlik belə bir söhbət planlaşdırılmır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV