Siyasət

Kreml: Rusiya Ermənistanı itirməkdən qorxmur

11 Sentyabr, 2023
284

Kreml.ru

Dmitri Peskov

"Rusiya Ermənistanın KTMT-dən çıxmasından qorxmur, iki ölkə tərəfdaş olaraq qalır". 

Toplum Tv "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu sentyabrın 11-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərlə söhbəti əsnasında deyib.

“Rusiya Ermənistanın yanında olub və qalır, mövcud problemlər dialoq yolu ilə həll edilməlidir. Rusiya Ermənistanın timsalında müttəfiqini itirməkdən qorxmur”, - Peskov bildirib.

https://toplum.tv/dunya/pnato-soyuq-muumlharibeden-beri-en-irimiqyasli-herbi-telimlere-baslayacaqp

Kreml sözçüsü onu da qeyd edib ki, Ermənistan ABŞ-la birgə hərbi təlimləri təhlil edilməlidir. Onun sözlərinə görə, Ermənistanın hərbi təlimləri KTMT ölkələri ilə deyil, ABŞ-la keçirmək istəməsi suallar yaradır. Ermənistanın KTMT-dən çıxması ehtimalı bağlı isə Peskov bildirib ki, Rusiya hazırda hadisələrin belə inkişafını görmür.

Peskov Rusiyanın hücum olacağı təqdirdə Ermənistanı müdafiə etməyə hazır olub-olmaması sualına da cavab verib:

“Ermənistanın ərazisindən danışırıqsa, bizim KTMT çərçivəsində öhdəliklərimiz var. Siz onu da bilirsiniz ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il sərhədləri daxilində tanıdıqdan sonra orada vəziyyət bir qədər dəyişib, ona görə də bunu qəbul etmək lazımdır. Bu, Yerevanın qərarı idi”. 

Xatırladaq ki, bu gün Ermənistanda  “Qartal tərəfdaşı 2023” adlı erməni-amerikan hərbi təlimləri başlayıb.

Təlimlər sentyabrın 20-dək davam edəcək. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, təlimlərə sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatlar daxildir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo