Reuters
Sergey Lavrov
"Uzun illər boyunca Ermənistan Azərbaycanın 7 rayonunu işğal altında saxlayıb. Rusiya problemin diplomatik həlli üçün çoxsaylı variantlar təklif etsə də, hələ əvvəlki Ermənistan hökumətləri də bunu çox müsbət qarşılamamışdı. Ermənistanın heç vaxt iddia etmədiyi əraziləri əlində saxlamaq istəyirdi. Ona görə də Azərbaycan özünə məxsus olan torpaqları geri qaytardı".
Toplum TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya 24" telekanalına müsahibəsində deyib.
XİN başçısının sözlərinə görə, nə vaxta qədər ki, Ermənistan və Azərbaycan Qafqazda sabitliyin həlli yollarını axtarır, KTMT kömək etməyə hazırdır.
"Ötən ilin sentyabrında baş verən zorakılıqlardan sonra Yerevan təşkilata müraciət etdi. KTMT-nin baş katibi Ermənistan-Azərbaycan sərhədinə gedib və özüylə Ermənistanın Azərbaycanla həmsərhəd olan hissələrinə KTMT missiyasının yerləşdirilməsi planını da aparıb.
Bu plan xeyli əvvəl hazırlanmışdı, amma sonda Yerevanda keçirilən sammitdə erməni həmkarlar bu plana Azərbaycanın hərəkətlərinin orada qəti şəkildə pislənəcəyi təqdirdə zərurət olacağını bildirdilər. Buna hamı hazır deyildi. Ona görə yox ki, kiməsə qahmar çıxmaq, ya da dəstəkləmək istəyirdilər. Qarabağ müharibəsinin tarixi onilliklərə gedib çıxır. Uzun illər boyunca Ermənistan Azərbaycanın 7 rayonunu işğal altında saxlayıb. Rusiya problemin diplomatik həlli üçün çoxsaylı variantlar təklif etsə də, hələ əvvəlki Ermənistan hökumətləri bunu çox müsbət qarşılamamışdı. Ermənistanın heç vaxt iddia etmədiyi əraziləri əlində saxlamaq istəyirdi. Ona görə də Azərbaycan özünə məxsus olan torpaqları geri qaytardı", - deyə Lavrov bildirib.
Diplomat Ermənistan və Azərbaycanın Avropa İttifaqının (Aİ) təşəbbüsüylə imzaladığı sənədə diqqət çəkib və bu sənədin "vəziyyəti biraz da mürəkkəbəşdirdiyini" iddia edib:
"İndi həm Ermənistan, həm də Azərbaycan Aİ ilə birlikdə 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sülh müqaviləsi bağlamağa hazır olduqları barədə sənəd imzaladıqdan sonra bizim üçün gələcək addımlar barədə qərar vermək çətindir, çünki Alma-Ata Bəyannaməsində deyilir ki, sərhədlər Ermənistan SSR və Azərbaycan SSR-nin daxil olduğu SSRİ-nin inzibati sərhədlərindən keçəcək, hansı ki, buraya Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olub.
Burada vəziyyət çoxlaylıdır. Və bu çətin vəziyyətdə KTMT-nin sülhməramlı əməliyyatın yerləşdirilməsi barədə plan hazırlaması çox mühüm nailiyyət idi. Təklif hələ də masadadır və əgər bizim erməni müttəfiqlərimiz və dostlarımız hələ də bunda maraqlı olsalar, bu missiya cəmi bir-iki gün ərzində yerləşdirilə bilər”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə