Siyasət

“Abzas Media işi”: Ombudsman, Mətbuat Şurasından reaksiyalar

22 Noyabr, 2023
463

Sosial Media

Ülvi Həsənli və Sevinc Vaqifqızı

“Ülvi Həsənli və Sevinc Vaqifqızının hüquqlarının təmin edilməsi ilə bağlı vəkillərin müraciətləri nəzərə alınıb. Ombudsman olaraq tərəfimizdən bu məsələ Baş Prokurorluq qarşısında qaldırılıb”.

Bunu İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) mətbuat xidməti Toplum Tv-nin sorğusuna cavab olaraq bildirib.

Abzas Media-nın direktoru Ülvi Həsənli noyabrın 20-si polislər tərəfindən saxlanıldıqdan sonra fiziki zorakılığa məruz qaldığını bildirmişdi.  Məsələ ilə bağlı qurumdan deyilib ki, Ombudsman tərəfindən Baş prokurorluq qarşısında məsələ qaldırılıb və qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər daxilində lazımi tədbirlər görülür.

https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-ve-ictimai-fealin-hebsine-reaksiya-veribp

Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Media nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı barədə ilk məhkəmə prosesi noyabrın 21-i  axşam saatlarında Xətai rayon məhkəməsində keçirilib.  

Məhkəmə Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün, Ülvi Həsənli barəsində isə  4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar. Ülvi Həsənli və Sevinc Vaqifqızı ittihamları qəbul etmirlər.

Sevinc Vaqifqızı noyabrın 20-si Meydan Tv-yə verdiyi açıqlamalarında söyləmişdi ki, onların həbsi Abzas Medianın fəaliyyətinə məhdudiyyət yaratmayacaq:

“Biz heç bir halda ya polis, ya prokurorluq, ya Prezident Administrasiyası fərqi yoxdur, heç bir dövlət qurumunun qarşısında “gözüqırpıq jurnalistika” ilə məşğul olmaq istəmirik. Biz açıq sözümüzü deyəcəyik, doğru bildiklərimizi etməkdə davam edəcəyik”.

Abzas Media-da baş verən prosesləri rəsmilər necə dəyərləndirir?

Mətbuat Şurasının sədri Rəşad Məcid Toplum Tv-yə bildirib ki, Şura olaraq prosesləri izləyirlər.

“İndi konkret nəsə deyə bilmərik. İstintaqın nəticələri məlum olandan sonra münasibətimizi bildirəcəyik.

Ümumi desək, arzumuz budur ki, bütün media subyektlərinin maliyyə mənbələri şəffaf olsun”, - Rəşad Məcid əlavə edib.

Abzas Media-da baş verən proseslərlə bağlı MEDİA-nın İnkişafı Agentliyindən münasibət almaq mümkün olmayıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyir, hansısa media orqanının məsuliyyətə cəlb edilməsi, ətrafında siyasi kampaniyaların başlanılmasına gətirib çıxarır:

“Hər hansısa media nümayəndəsi bu və ya digər formada məsuliyyətə cəlb olunursa, bu, ətrafında böyük bir siyasi kampaniyaya rəvac verir. Müxtəlif qüvvələr, dövlətlər, indeks və hesabatlar hazırlayan dairələr- hamısı bu prosesin üzərinə yeriyir. Digər tərəfdən biz onu da başa düşürük ki, mətbuat istənilən halda xarici dövlətlərin ikinci, üçüncü hədəflərə qarşı mübarizəsinin mühüm platformasına çevrilir”,- deputat Toplum Tv-yə verdiyi müsahibəsində bildirib.

Ülvi Həsənli noyabrın 20-də saxlanılıb. Həmin gün səhər saatlarından etibarən Abzas Media-nın ofisində və saytın direktoru Ülvi Həsənlinin evində Bakı Şəhəri Baş Polis İdarəsi tərəfindən axtarış aparılıb. Axtarış zamanı saytın ofisindən 40 min avro pulun aşkarlandığı bildirilib. Abzas Media yaydığı bəyanatda aşkarlanan vəsaitin onlara aid olmadığını, məqsədli şəkildə ofisə yerləşdirildiyini bildirib. 

Noyabrın 20-dən 21-nə keçən gecə Abzas Media-nın baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana gələrkən hava limanında saxlanılıb. Vəkil Elçin Sadıqov deyir, jurnalisti Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Sevinc Vaqifqızının evində gecə saatlarında axtarış aparılıb:

“Qərarı Binəqədi rayonu məhkəməsinin hakimi Abbas Rzayev çıxarıb. Hər hansı bir əsas olmadan həmin qərarı qəbul etmişdi. Həmin qərar əsasında axtarış həyata keçirildi. Sevinc Abbasovanın evində hər hansısa qanunsuz əşya və ya pul aşkar edilmədi”.

Ülvi Həsənli saxlanıldıqdan sonra fiziki zorakılığa məruz qaldığını bildirib.  Abzas Media-nın yaydığı səs yazısında Ülvi Həsənlinin sözlərinə görə, polis idarəsində ona saytın fəaliyyəti barədə suallar verilib:

“Niyə Qarabağdan yazmırsınız? Niyə korrupsiyadan yazırsınız? Abzas-la bağlı. Niyə onu edirsiniz? Niyə bunu edirsiniz? Problem yoxdur çəkməyə?” - səs yazısında deyilir.

Qeyd edək ki, “Abzas Media” 2016-cı ildə yaradılıb.

Onlayn nəşr korrupsiya faktlarının üzə çıxaran  araşdırmaları ilə seçilir. Son vaxtlarda nəşrin dərc etdiyi “Naxçıvanın yeni sahibi - Əli Nağıyev”, “Prezidentin hər dediyini yazan məmurlar” adlı materiallar gündəm olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo