Açıq mənbələrdən götürülüb
Vasif Talıbov
“Gəmiqaya Holdinq”in Vasif Talıbovun ailəsinin əlindən alındığı iddia edilir. Həmçinin hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.
Toplum TV xəbər verir ki, bu barədə yanvarın 6-da APA məlumat yayıb.
Bildirilir ki, holdinqin adı da dəyişdirilib. İddiaya görə, artıq şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq.
“Gəmiqaya Holdinq”-in rəsmi saytında verilən məlumata görə, mərkəzi Naxçıvan şəhərində yerləşən qurum, 2008-ci ilin dekabr ayında təsis edilib. Hazırda 14 şirkəti özündə birləşdirən “Gəmiqaya Holdinq” Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.
Vasif Talıbovun oğlu Rza Talıbovun uzun müddət “Gəmiqaya Holdinq"in prezidenti olduğu bildirilir. O həmçinin Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır. Bir müddət əvvəl onun vəzifədən azad olunması ilə bağlı xəbərlər yayılsa da, xəbər rəsmi təsdiqini tapmayıb.
Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sabiq sədri Vasif Talıbov ötən ay vəzifəsindən istefa verib.
Bir müddət sonra onun qardaşı Məhərrəm Talıbov da Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsindən azad olunub.
Vasif Talıbov vəzifəsindən azad ediləndən sonra Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Prezident İlham Əliyevin sərəncamıyla Fuad Nəcəfli xüsusi nümayəndə kimi Naxçıvana göndərilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Ermənistan KİV: Vardanyan və Arutunyan arasındakı ixtilaf dərinləşir
Açıq mənbələrdən götürülüb