Siyasət

“Human Rights Watch” Laçın dəhlizinin açılmasını tələb edib

Aytac Məmmədli
21 Dekabr, 2022
470

Getty Images

Şuşa-Xankəndi yolunda aksiya

“Human Rights Watch” təşkilatı Laçın dəhlizinin bağlanmasından yazır, Azərbaycan hakimiyyətini və Rusiya sülhməramlılarını hərəkət azadlığını təmin etməyə çağırır.

“Toplum TV” həmin məqaləni azərbaycan dilində təqdim edir:

Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol 2022-ci il dekabrın 12-dən bağlanıb. Bu, orada yaşayan on minlərlə etnik erməninin zəruri mal və xidmətlərə çıxışını dayandırıb.

Bağlanan yol həm də Dağlıq Qarabağ sakinlərinin bölgəni tərk etməsinə mane olur. Mindən çox adamın bir tərəfdə qapalı qaldığı, evlərinə  gedə bilmədiyi deyilir. Onların arasında paytaxt Yerevana məktəbə gedən, indi də valideynlərinin yanına qayıda bilməyən uşaqlar var.

“Human Rights Watch”-un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Vilyamson bildirib:

“Dağlıq Qarabağı xarici aləmə bağlayan yeganə yolun uzun müddət bağlanması dəhşətli humanitar nəticələrə səbəb ola bilər. Yolu kimin bağlamasından asılı olmayaraq, Azərbaycan hakimiyyəti və orada yerləşdirilən Rusiya sülhməramlı qüvvələri hərəkət azadlığını təmin etməli və insanların əsas mal və xidmətlərə çıxışını təmin etməlidir”.

https://toplum.tv/siyaset/pbmt-tehluumlkesizlik-surasi-laccedilin-dehlizini-accedilmaga-ccedilagiribp

Dekabrın 12-si səhər saatlarından etibarən onlarla azərbaycanlı Laçın dəhlizində nümayiş keçirir. Onlar etnik ermənilərin məskunlaşdığı separatçı anklav Dağlıq Qarabağın de-fakto hakimiyyətinin nəzarəti altında olan ərazilərdə mədən sahələrinə daxil olmağı tələb edirlər.  

Onlar iddia edirlər ki, faktiki hakimiyyət qızıl və mis yataqlarını qanunsuz istismar edir və həmin faydalı qazıntıları Ermənistana daşımaq üçün Laçın dəhlizindən istifadə edir.

Etirazçılar yol kənarında çadırlar qurub, gecə-gündüz aksiyalarını davam etdirirlər. Son bir həftədir ki, onlar Azərbaycanın Laçın dəhlizində gömrük-keçid məntəqələri yaratmalarını tələb edirlər.

Ermənistan və Azərbaycan arasında 2020-ci ildə Dağlıq Qarabağ uğrunda müharibə başa çatdıqdan sonra dəhlizi qoruyan Rusiya sülhməramlı qüvvələri də toplaşan insanların Dağlıq Qarabağdakı minalara doğru irəliləyəcəyi təqdirdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün yolu barrikadaya alıblar. Azərbaycan yolun bağlanmasına görə məsuliyyət daşımadığını bildirir.

Regionun de-fakto ombudsmanı Qeqam Stepanyanın sözlərinə görə, region Ermənistandan gündə təxminən 400 ton zəruri mal, o cümlədən ərzaq, gigiyena vasitələri, dərmanlar, məişət əşyaları və mülki şəxslərin humanitar ehtiyacları üçün həyati əhəmiyyət kəsb edən digər əşyalar idxal edir. Yol həm də yanacaq, dizel və benzin idxal etmək üçün istifadə olunur.

“Human Rights Watch” təşkilatı bildirib ki, yola və onun ətrafındakı əraziyə nəzarət edənlər, yəni Azərbaycan hakimiyyəti və Rusiya sülhməramlı qüvvələri humanitar yük maşınlarının keçməsinə şərait yaratmalı, hərəkət azadlığını təmin etməlidir.

Azərbaycanın nəzarətində olan ərazilərdən keçən boru kəməri ilə Dağlıq Qarabağa verilən təbii qazın kəsilməsi vəziyyəti daha da gərginləşdirib.

Dekabrın 13-də soyuq hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb. Azərbaycan Dövlət Neft Şirkəti bəyan edib ki, Azərbaycan buna görə məsuliyyət daşımır. Dekabrın 16-da qazın verilişi bərpa olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo