Siyasət

“Müdafiə Xətti” etiraz aksiyası təyin etdi

19 Dekabr, 2022
626

Sosial Media

Rüfət Səfərov

"Müdafiə Xətti" insan hüquqları təşkilatı ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbiylə etiraz aksiyası keçirəcək. 

Toplum TV xəbər verir ki, bu barədə təşkilatın həmtəsisçisi Rüfət Səfərov açıqlama verib. 

"Azərbaycan hakimiyyəti ağır repressiv siyasət yürüdür. İnsan haqları sahəsindəki durum dözülməzdir. Tənqidçilər saxta və qurama ittihamlarla həbs olunurlar.
İnsanlar sözünə, fikrinə, əqidəsinə görə zorakılıqla üzləşirlər. İşgəncələr, qeyri-insani rəftarlar, ləyaqəti alçaldan davranışlar hakim siyasətin ayrılmaz hissəsinə çevrilib", - açıqlamada bildirilib. 

https://toplum.tv/siyaset/pbextiyar-haciyevin-acliq-aksiyasina-goumlre-siyasi-partiya-tehdid-olunubp

Rüfət Səfərovun sözlərinə görə, 2022-ci ildə partiya sədrləri, jurnalistlər, hüquq müdafiəçiləri, ictimai fəallar hökumətin fəaliyyətini tənqid etdiklərinə görə qandallanıblar.

O, etiraz aksiyasının 23 dekabr 2022-ci il tarixdə, saat 15-00-da Fəvvarələr meydanında keçiriləcəyini sözlərinə əlavə edib.

"Aksiyanın məsuliyyətini “Müdafiə Xətti” öz üzərinə götürür, əmin edir ki, bu, dinc və sərbəst toplantı olacaq. Hökumət qüvvələrini isə zorakılıqdan yayınmağa dəvət edirik",  - deyə açıqlamada vurğulanıb. 

Xatırladaq ki, Bəxtiyar Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunur. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bir sıra beynəlxalq və yerli insan haqları təşkilatları Azərbaycan hökümətini Bəxtiyar Hacıyevi azad etməyə çağırıb. Hüquq müdafiəçiləri onun həbsini siyasi sifariş adlandırırlar. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Xankəndi və Xocalıda qurulacaq səhra hospitalında Azərbaycan və erməni əsilli tibb heyətinin birgə fəaliyyəti təklif edilib. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i AR Prezident Administrasiyası Xocalı şəhərində baş tutan görüşlə bağlı bildirib. Qurumun açıqlamasına görə, sentyabrın 25-i keçirilən görüş Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov və erməni sakinlərin təmsilçiləri ilə arasında keçirilib. Belə ki, 21 sentyabr "Yevlax görüşü"-nün davamı kimi keçirilən konstruktiv görüş zamanı humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpası ilə bağlı razılıq ifadə olunub. Müzakirədə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul...
Siyasət

Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 24 sentyabr 2023-cü il tarixli müraciətində “Rusiyaya qarşı qəbuledilməz hücumlar var və bunu rədd etməkdən başqa seçim ola bilməz”.  Toplum Tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 25-də verdiyi bəyanatda deyilir. Rəsmi Movkva növbəti dəfə bəyan edib ki, Nikol Paşinyan daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyətdən yayınmaq və günahı Moskvanın üzərinə atmaq istəyir: "Paşinyanın son müddəaları Qərbdən ilhamlanan və rəsmi Yerevanın təkan verdiyi proseslərin, ölkəmiz və müttəfiqlik münasibətlərimiz üçün dağıdıcı proseslərin epizodik yox, sistemli xarakter daşıması ilə bağlı əvvəlki qənaətlərimizi təsdiqləyir". https://toplum.tv/siyaset/pmakron-rusiya-azerbaycanla-hemreydir-fransa-ermenistani-destekleyecekp XİN...

Seçilmiş Videolar

Toplum TV loqo