Açıq mənbələrdən götürülüb
Nicat Əliyev
“Müsəlman Birliyi” Hərəkatının üzvü Nicat Əliyev Bakıda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.
“Müsəlman Birliyi” Hərəkatının yaydığı məlumata görə, hadisə dekabrın 1-də baş verib.
Öz növbəsində Nicat Əliyevin doğmaları deyiblər ki, dekabrın 1-də günorta o, Masazır qəsəbəsindəki evindən çıxıb və geri qayıtmayıb.
https://toplum.tv/multimedia/ppolis-idaresi-oumlnuumlnde-aksiya-keccedilirilibp
“Nicat taksi sürücüsü işləyir. Dünən saat 13:00-a yaxın 90 PT 214 dövlət nömrə nişanlı avtomobillə evdən çıxıb. Bundan sonra ondan xəbər yoxdur və zənglərə cavab vermir. Dünən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmişəm, lakin indiyədək Nicatın saxlanıldığı yer barədə ailəsinə məlumat verilməyib. Yerli polisdə deyirlər ki, onu axtarırlar”, - Nicat Əliyevin anası Yenigül Əliyeva "Turan"-a bildirib.
Müsəlman Birliyi Hərəkatının digər üzvü Samir Babayev dekabrın 2-də saat 11:00 radələrində Maştağa kəndində naməlum şəxslər tərəfindən saxlanılıb. “Müsəlman Birliyi” Hərəkatı onun taleyinə aydınlıq gətirə bilmir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Turan"a bildirilib ki, onlarda Əliyev və Babayevin saxlanılması barədə məlumat yoxdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
President.az
Açıq mənbələrdən götürülüb