Siyasət

Lənətlənmiş Rusiya pasportu: «Bu adamlar dünyanı bezdirib»

26 Yanvar, 2023
894

Toplum TV «Radio Svaboda»-nın müəllifi Yan Levçenkonun Rusiya pasportu haqqındakı məqaləsini təqdim edir:

Noyabrda Tartu universiteti ilə dördillik müqavilə imzalamış yaxından tanıdığım RF vətəndaşı Estoniyada yaşayış hüququ ilə bağlı müraciətinə yeni ilin ilk həftəsində rədd cavabı aldı. İmtina, təəssüf, qanunidir: yalnız ölkədə akkreditasiya olunmuş jurnalistlər üçün istisna mümkündür. Rusiyanın qalan vətəndaşları narahat olmasınlar, əgər Avropa Birliyinin vətəndaşı olan yaxın qohumları yoxdursa və söhbət ailənin qovuşmasından getmirsə, nə özlərinin, nə də başqalarının vaxtını hədər etməsinlər.

Tanışım intinaya görə incimədi. Aydın idi ki, apellyasiya və vəziyyəti izah etmək cəhdləri yersizdir. Birincisi, martda Estoniyada parlament seçkiləri keçiriləcək və hökumət ya elə, ya belə dəyişəcək. O vaxta qədər kimsə presedent olacaq qərarların qəbulu məsuliyyətini üzərinə götürməyəcək. İkincisi (həm də bu, daxili siyasi konyunkturada önəmlidir), Rusiya Ukraynadakı ədalətsiz müharibəni dayandırmaq niyyətində deyil. Bu səbəbdən də əgər Rusiyanın bəzi vətəndaşları bu müharibənin əleyhinə çıxırlarsa və ondan gizlənmək istəyirlərsə, təcavüzkar ilə həmsərhəd ölkə bildirir ki, onlar daha uzağa gedə və vətəndaşlıqlarının daha az qıcıq doğurduğu yerlərdə öz səadətlərini axtara bilərlər. İndi xidmətlərindən və xüsusən də baxışlarından asılı olmayaraq, Rusiya vətəndaşları hesabına Estoniya əhalisini artırmaq üçün münasib vaxt deyil. 

Müharibə əleyhinə çıxan rusiyalıların çoxu bunu ədalətsiz hesab edirlər. Axı bununla onları Rusiyaya qayıtmağa məcbur edirlər, orada olmaq isə təhlükəlidir (kişilərin səfərbərliyi, müharibə əleyhinə mövqeyə görə cinayət məsuliyyəti və s). Hərçənd, hər gün rus raketlərinin uçduğu Ukraynada daha təhlükəlidir. Həm də orada müharibə əleyhdarı rusiyalılar haqqında heç nə eşitmək istəmirlər. Mən sosial şəbəkələrdə çoxlu rusiyalı görürəm ki, doğma ölkəsindən getməsi üzündən mərhumiyyətlərə düçar olmalarını, müharibə əleyhinə cəsur mövqelərinin onlara baha başa gəlməsini, qürbətdə çətinlik çəkmələrini – əksəri yerli dili bilmir, işləri və sosial müdafiələri yoxdur – bütün dünyaya sübut etməyə çalışırlar. Məcburi mühacirətin qanunauyğun nəticələri şəfqət üçün əsas kimi təqdim olunur. 

Halbuki Ukrayna ilə hibrid müharibənin “qaynar” mərhələyə keçməsindən sonra Rusiyanı tərk edənlərin indi doğurduqları duyğu heç də şəfqət deyil. Antinasist görüşlərə malik, Hitlerin hakimiyyətə gəlişindən İkinci dünya müharibəsinin başlamasına qədərki dövrdə Almaniyanın tərk edən almanlarla paralel aparmaq kifayətdir. Baxışlarına və xidmətlərinə baxmayaraq, bu almanlara münasibət təmkinli idi. Jan-Mişel Palmye “Sürgündəki Veymar” kitabında (1988) yazır ki, 1933-1944-cü illərdə ABŞ 30 min giriş vizası verib ki, bunun da yarısı Almaniya və Avstriya vətəndaşlarına olub. Əlbəttə, Albert Eynşteyn və Tomas Mann kimi Nobel laureatları ABŞ-ın xoş münasibətinə ümid edə bilərdilər. 

Amma Bertold Brext kimi Avropada tanınmış intellektuallar belə əvvəlcə viza almaq üçün, sonra da fiziki cəhətdən təhlükəsiz, amma öz rifahını bölüşməyə tələsməyən ölkədə dolana bilmək üçün böyük çətinliklər yaşayırdılar. Brext müharibənin sonuna qədər alman fəhlələrinin nasistlər əleyhinə üsyan qaldıracaqlarını gözləyən idealist solçu idi. “Yaxşı ruslar”ın müharibə əleyhinə komitələri də təxminən eyni şəkildə Putin əleyhinə xalq qəzəbinin əlamətlərini axtarırlar. Və eynilə tapmırlar. 

Amma rusiyalılardan viza tələb etməyən ölkələrə doluşan və AB bürokratiyasının qapısını döyən adamlar alman dissidentliyindən köklü fərqlənirlər. Nadir istisnalarla onlar ölkəni heç də Krımın ilhaqından sonra deyil, xüsusən də Kremlin Gürcüstanda xırda müzəffər savaşından sonra tərk etməyiblər. Yəqin ki, bu yerdə dürüst olmalı və üçüncü şəxsin cəm halından istifadəni dayandırmalıyam, çünki özüm də onlara aidəm. 

Biz Rusiyada özümüz üçün yaşayırdıq, Fransa pendirlərinin ticarət mərkəzlərindən yoxa çıxmasından kədərlənirdik və bunu yerli istehsalçı üçün stimul sayırdıq. Sanksiyalar qeyri-ciddi bir şey sayılırdı. Maraqlananlar güc strukturlarının getdikcə artan nüfuzundan narazılıq edirdilər. Çox az adamlar Rusiyanın Ukraynanın şərqində hansı haqla və nə törətdiyini araşdırmağa çalışırdılar. Biz, əlbəttə, futbol üzrə dünya çempionatından böyük vəcdə gəlməmişdik, amma bir halda ki, 1980-ci il Olimpiadasından fərqli olaraq onu kimsə boykot etmirdi, ən tənqidçi adamlar da belə böyük miqyaslı investisiya hekayəsinin aşkar müsbətlərini etiraf edirdilər. Yalnız ünvanlı şəkildə sıxışdırılanlar Qərbə gedirdilər. 2022-ci il fevralın 24-dən sonrakı qaçış qismən panik peaksiya idi, qismən də gecikmiş və artıq faydasız peşmanlıq forması. 

Mən Rusiyada 20 il yaşadım və Rusiya vətəndaşlığı almaq barədə hərdən ağlıma gələn ideyanı reallaşdırmadan Estoniyaya qayıtdım. Axı mən də irimiqyaslı müharibəyə qədər getməyə hazırlaşmırdım, artıq evim saydığım ölkənin həyatında yaşayış hüququ olan qonaq kimi deyil, tamhüquqlu vətəndaş kimi iştirak etmək istəyirdim. Aydın idi ki, bu evin yaşayış üçün məqbul hala salınması üçün çox şeylər etmək lazımdır. Tərəddüd edirdim, qərara gəlmirdim və özümə acıqlanırdım. Amma yalnız Rusiyada, SSRİ-nin keçmiş vətəndaşlarına populist jestlə vətəndaşlıq verən Rusiyada iki pasportla yaşamaq olardı. Mən burada kələk, dövlət miqyasında böyük qeyri-dürüstlük görürdüm. Və Estoniya vətəndaşı olaraq qaldım, bu da, şişirtmə olmadan, ailəmi xilas etdi. Bu faktı etiraf etməmək olmaz.

Mənim və uşaqlarımın malik olduğumuz AB vətəndaşlığı olmasaydı, ailəm nə edərdi? İndi Gürcüstanda, ya da Qazaxıstanda oturmuşduq, çünki tanışımdan fərqli olaraq, çətin ki, hansısa eston universitetinə lazımam. Mən çoxdan Tartuda dissertasiyanı müdafiə etmişəm. Pasport və fədakar anamın bizim üçün saxladığı ev bizi Estoniyaya çəkib çıxaran tros oldu. Sadəcə sənəd və onunla bağlı hüquqlar var. Heç bir mərhəmət yoxdur, amma mənim şükranlarım sonsuzdur. 

 

Mən sözün tam mənasında rusiyalı olmadım. Buna sevinməkdən uzağam, əksinə, mahiyyətini hələ ki, sonuna qədər anlamadığım günah duyğusu var. Mən indi törədiləni törədən ölkənin vətəndaşının nə hiss etməli olduğunu yaxşı başa düşürəm. Bu müharibə Ukrayna üçün təkcə millət kimi formalaşmağı yekunlaşdırmadı, həm də “Rusiya olmadan” adlanan yeni tarixi periodun başlanğıcı oldu. Onsuz mövcudluğun mümkün olmadığını sübut etməyə çalışan və bu zaman dişlərini sındıran ölkə isə göz önündə dağılır, onun gələcəyə yolu çöküşdən keçir. Bəs baxışdan və əqidədən asılı olmayaraq, baş verənlərə aidiyyatı olduğunu təsdiqləyən vətəndaşlıq necə olsun? Nansen pasportları çoxdan ləğv olunub, onları yenidən, xüsusən də Rusiya vətəndaşalrı üçün tətbiq etməyə ehtiyac yoxdur. Onlar qaçqın deyillər. 

Rusiya pasportlu adamlar Qərbi Almaniyanın yalnız 1951-ci ildə ləğv etdiyi kenkart ilə yaşayan almanlar kimi yaşayacaqlar.

Müharibə isə davam edir və toksik vətəndaşlıqlı insanlar hər şeyə hazır olmalıdırlar. Hər halda, onlara qarşı nisbətən sərt qaydalar yalnız hərbi əməliyyatlar teatrına yaxın ölkələrdə (Polşa kimi), ya da təcavüzkar ilə ümumi sərhədə və zəngin neqativ münasibətlər təcrübəsinə malik ölkələrdə (Estoniya kimi) tətbiq olunur.

Məsələn, vaxtilə Stalinə yaxşı dərs vermiş Finlandiya turist girişini yalnız məhdudlaşdırıb və yaşayış icazəsi üçün şərtləri dəyişməyib. Konfliktin kəskin mərhələsinin çox keşmişdə qalması və öz güclərinə əminlik səbəbindən finlər ruslardan qorxmurlar. Amma onları Baltik ölkələrinə nümunə göstərən “yaxşı ruslar” anlamırlar ki, şikayətlərə müvəqqəti moratorium qoymaları onları, heç olmasa, müəyyən qədər yaxşı edən yeganə şeydir. 

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo